Xalq artisti Nazpəri Dostəliyeva uzun illik fasilədən sonra Heydər Əliyev adına Sarayda böyük konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.
Gündəm24.az xəbər verir ki, sənətçinin “Belə ayrılmayaydıq” adlı konserti 20 fevralda baş tutacaq.
20 ildən sonra Saray səhnəsinə qayıdan Nazpəri Dostəliyevanın konsert gecəsində sevənlərini bir sıra sürprizlər gözləyir.
Gecənin xüsusi qonaqlarının kimlər olacağı, səhnədə hansı fərqli təqdimatların və yeniliklərin yer alacağı maraq doğurur.
Artıq konsert proqramı üçün ilk fotosessiyasını təqdim edən sənətçinin səhnə hazırlıqları da diqqət çəkib.
Nazpəri Dostəliyevanın konsert gecəsində baş verəcək bütün sürprizlər isə 20 fevralda bəlli olacaq./yenisabah/













