Gündəm24.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 34 yaşlı Mirzə İbadov (şərti adla) 14 yaşlı Şakiri (şərti adla) pul qazanmaq vədi ilə şirnikləndirərək, marketlərdən birini qarət etməyə cəlb edib. Onlar gecə saat 2 radələrində supermarketlərdən birinin arxa qapısının açıq olmasında istifadə edərək içəri daxil olublar.
Marketdən 800 manat dəyərində olan kompüteri, 917 manatlıq siqaretləri, dəyəri 15 manat təşkil edən 50 ədəd alışqanı və 170 manat nağd pulu oğurlayıblar. Bununla da zərərçəkənə ümumilikdə 1902 manat ziyan vurublar. (Lent.az)














