Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
Manşet, Siyasət
814 26
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə
695
Paylaşım sayı
965
Baxış sayı

Azərbaycanda 1994-cü ilin bu günləri ağır, gərgin keçirdi. Sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycan yeni neft strategiyasına qədəm qoydu və Qərblə siyasi- iqtisadi əlaqələrini daha da gücləndirdi.

Lakin dərhal sonra ölkədə ciddi hadisələr baş verdi. Sentyabrın 21-dən 22-nə keçən gecə Rəhim Qazıyev, Baba Nəzərli, Arif Paşayev və Əlikram Hümbətov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçdılar.

Sentyabrın 29-da isə Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov sui-qəsd nəticəsində öldürüldülər.

Hadisələrin ardınca ölkədə siyasi gərginlik daha da artdı. Həmin dövrdə baş verənlər Azərbaycanın seçdiyi siyasi və iqtisadi kursa ciddi təzyiqlərin olduğunu göstərirdi.

Heydər Əliyev isə bütün bu çətinliklərə baxmayaraq, seçdiyi xəttdən geri çəkilmədi. Azərbaycan “Əsrin müqaviləsi” ilə müəyyənləşən yeni neft strategiyasını davam etdirdi.

1994-cü ilin sentyabrı Azərbaycanın müstəqillik tarixinin ən ağır və mürəkkəb dövrlərindən biri kimi yadda qaldı.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, 1994-cü ilin payızı Azərbaycanın ən yeni tarixində ən gərgin dövrlərdən biri kimi yadda qalıb:

“Həmin dövrdə həm Azərbaycanın daxilində sabitliyin əldə olunması üçün fəaliyyətlər davam edirdi, həm də Ermənistanın işğalına qarşı müqavimət göstərilirdi. 1994-cü il mayın 12-də Bişkek protokolu ilə Ermənistan və Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra rəsmi Bakı diqqətini xarici siyasətə və neft müqavilələrinin imzalanmasına yönəltdi. O dövrdə dünyanın aparıcı neft şirkətləri ilə danışıqlar aparılırdı və neft müqavilələrinin imzalanması sentyabr ayına müəyyən olunmuşdu.

Məhz o zaman Azərbaycanın Qərb, ABŞ və Böyük Britaniya şirkətləri ilə əməkdaşlığı Rusiya və İranı məmnun etmirdi. Bu ölkələr prosesə mane olmağa çalışırdı. Rusiya bu prosesdə çox aktiv idi. Kreml neft kontraktlarına özünün nəzarət etməsini istəyirdi. Böyük şirkətlərin Azərbaycana gəlişinə mane olmağa çalışırdı. Hətta Rusiya Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişinə də mane olmağa çalışırdı. Azərbaycanın apardığı balans siyasəti, o cümlədən Türkiyə və ABŞ-ın dəstəyi ilə bu layihə gerçəkləşdi.

oqtay qasimov 11
Oqtay Qasımov

1994-cü ilin sentyabrında diqqət çəkən digər məqam həmin dövrdə neft sazişlərinin imzalanmasına nail olunması idi. Rusiyaya bağlı müxalifət və hərbi müxalifət o dövrdə Azərbaycan siyasətinə təsir edən amillərdən biri idi. Həmin müddətdə MTN-də həbsdə saxlanılan bir çox şəxsin – Vahid Mustafayev, Rəhim Qazıyev və digərlərinin – qaçışı təşkil olundu. MTN-in təcridxanasından qaçış fövqəladə hadisə idi. Sonradan məlum oldu ki, bu qaçış MTN-in o zamankı rəhbəri Nəriman İmranovun məlumatı daxilində həyata keçirilib. Bu qaçış ölkədə siyasi vəziyyəti bir az da gərginləşdirdi.

Çox maraqlıdır ki, həmin vaxt baş nazir olan Surət Hüseynov neft sazişlərinin əleyhinə çıxış edir, buna mane olmağa çalışırdı. İstəyinə nail ola bilmədikdə isə Azərbaycanda siyasi cinayətlər törədildi. O dönəmdə Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov öldürüldü. Bu terror aktı Azərbaycanda və regionda böyük rezonans doğurdu.

Daha sonra Gəncədə Surət Hüseynova bağlı qüvvələr yenidən dövlət çevrilişinə cəhd etdilər. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğuna basqın edilməsi və prokurorun girov götürülməsi kimi hadisələri xatırlayırıq.

Bu, Azərbaycan tarixi üçün ağır və həlledici dönəm idi. Azərbaycan bu dövrü uğurla başa vurdu. Həmin müddətdə Prezident Heydər Əliyevin çağırışı ilə əhali qiyama qarşı müqavimətə qalxdı”.

Oxşarxəbərlər

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
979
Baş nazir qərar imzaladı
Manşet

Baş nazir qərar imzaladı

21/09/2026 18:56
985
Xəzərdə zəlzələ oldu
Hadisə

Xəzərdə zəlzələ oldu

21/09/2026 18:40
988
Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü
Hadisə

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

21/09/2026 18:25
965
Hadisə

Bakıda arvadını marketdə, autizmli övladının gözü qarşısında döyən kişi SAXLANILDI

21/09/2026 17:57
952
Bakıda arvadını marketdə, autizmli övladının gözü qarşısında döyən kişi SAXLANILDI
Hadisə

Bakıda arvadını marketdə, autizmli övladının gözü qarşısında döyən kişi SAXLANILDI

21/09/2026 17:57
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
979
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

21/09/2026 18:56
985
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

21/09/2026 18:40
988
Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

21/09/2026 18:25
965

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.