Sumqayıtda avtomobilin vurduğu piyada ölüb.
Gündəm24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Chevrolet Malibu” markalı avtomobil yolu kecmək istəyən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.













