Metroda aparılan yenilənmə işləri, ictimai nəqliyyatın artan yükü və bəzi yolların bağlanması paytaxtda nəqliyyat sıxlığını daha da artırıb.
Gündəm24.az Bakupost-a istinadən xəbər verir ki, gün ərzində Bakının bir sıra küçə və prospektlərində uzun tıxaclar yaranıb.Tıxaclar avtobusların hərəkətinə də təsir edib və bəzi marşrutlarda gecikmələr yaşanır.
İnsanlar dayanacaqlarda uzun müddət avtobus gözləyirlər. Gələn avtobusları isə həddindən artıq dolu olur. Buna görə də mənzil başına gedə bilmirlər.
Bakıda yaranan mənzərə sakinlərin çəkdiyi videolarda da öz əksini tapır.
Onlar həmin görüntüləri sosial şəbəkələrdə paylaşaraq aidiyyəti qurumların problemin həlli üçün tədbir görməsini istəyirlər.
“Bakupost” paytaxtdakı tıxac və avtobus sıxlığını əks etdirən görüntüləri təqdim edir:






