Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb.
Bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinə hospitalizasiya olunan qadın pasiyentə aparılan instrumental və laborator müayinələrin nəticələrinə əsasən? L51.2 – Toksik Epidermal Nekroliz (Layell sindromu) diaqnozu qoyulub.
“O, 2-17 avqustda sözügedən şöbədə həkimlərin birgə nəzarəti altında intensiv müalicə alıb. Aparılan kompleks müalicə nəticəsində pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunub. 17 avqustda müalicənin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə Allerqologiya şöbəsinə köçürülüb və 10 günlük müalicə kursu keçib. 28 avqustda pasiyent ambulator müalicəni davam etdirmək üçün evə buraxılıb”, – məlumatda bildirilib.















