Moskva Arbitraj Məhkəməsi Rusiyada Cənubi Osetiyada qeydiyyatdan keçmiş “Coca-Cola Company” şirkətinin öz firma adında “Coca-Cola” ifadəsindən istifadəsini qadağan edib.
Gündəm24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qərar ABŞ-nin içki istehsalçısı “The Coca-Cola Company” şirkətinin iddiası əsasında qəbul edilib və məhkəmə qərarının icra olunmaması halında cavabdehin hər gün 1 000 rubl məbləğində məhkəmə dəbbə pulu ödəməsinə qərar verilib.
“The Coca-Cola Company”nin nümayəndəsi məhkəmədə Rusiyada şirkətin adından istifadə etməklə saxta “Coca-Cola” məhsullarının satışının aşkarlandığını və bunun şirkətin tanınmış əmtəə nişanına hüquqlarını pozduğunu bildirib.
Qeyd edək ki, “Coca-Cola” əmtəə nişanı Rusiyada təxminən 30 il əvvəl tanınmış əmtəə nişanı kimi qeydə alınıb, Cənubi Osetiya şirkətinin isə daha əvvəl ABŞ şirkətinin dörd əmtəə nişanının Rusiyada hüquqi mühafizəsinin dayandırılması ilə bağlı iddiası təmin edilməyib.\modern






