Rusiyada yaşayan azərbaycanlı reper David Nuriyevin narkotik vasitələrin təbliğinə görə aldığı cəza dəyişdirilməyib.
Gündəm24.az xəbər verir ki, Moskva Şəhər Məhkəməsi sentyabrın 23-də Nikulinski Rayon Məhkəməsinin reperlə bağlı qərarını qüvvədə saxlayıb.
“Ptaxa” ləqəbi ilə tanınan sənətçi iyulun 16-da narkotik vasitələrin təbliğində təqsirli bilinərək 80 min rubl cərimələnib. Bu məbləğ təxminən 1 613 manata bərabərdir. /yenisabah/








