Türkiyəli məşhur aktyor Kadir İnanırın vəsiyyətnaməsinin oxunması ilə bağlı məhkəmə prosesi davam edir.
Aktyorun bacısı oğulları Hüseyin Önder və Cevahir Önder mirasla bağlı gözləntilərinin olmadığını açıqlayıblar.
Cevahir Önder bildirib ki, onların məhkəməyə gəlməsi miras iddiası ilə bağlı deyil. Onun sözlərinə görə, məhkəmədən göndərilən bildirişə görə prosesdə iştirak ediblər.
“Miras məsələsi bizi heç maraqlandırmır. Bizim üçün Kadir İnanır hər şeydən əvvəl ailəmizin böyük üzvü idi”.
Cevahir Önder həmçinin illər ərzində dayılarından onlara nə qalacağı barədə heç vaxt düşünmədiklərini vurğulayıb:
“Belə bir şey heç ağlımızın ucundan belə keçməyib”.
Hüseyin Önder isə Kadir İnanırın bir neçə vəsiyyətnamə hazırlaması ilə bağlı şərh verməkdən çəkinib. O, sənədlərin məzmunu açıqlanmadan hər hansı fikir bildirməyin doğru olmadığını deyib.
Qeyd edək ki, Kadir İnanırın vəsiyyətnaməsinin oxunacağı məhkəmə bəzi varislərə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-nə təxirə salınıb. Aktyorun 2015-ci ildə bir, 2022-ci ildə isə iki vəsiyyətnamə hazırladığı bildirilir./yenisabah/














