Aparıcı Aytən Səfərova gündəlik xərclər və insanların bahalı telefon almağa üstünlük verməsi barədə danışıb.
Gündəm24.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu sözləri “Xəbər ertəsi” proqramında səsləndirib.
A.Səfərova bildirib ki, insanlar bəzi xərclərdən narazılıq etsələr də, bahalı telefon almaqdan çəkinmirlər:
“Danışırıq ki, burada, orada xərcimiz çıxır. Amma bahalı telefon olan kimi qaçıb onu alırıq. Buradan deyirik işıqpulu 10 manat artıq yazıb. Buradan isə gedib 2 minə kreditə telefon alırıq”.
“Deyəndə bahalı telefona ehtiyac yoxdur, bizi qınadılar ki, o da onunla xoşbəxt olur. Bahalı telefonun harasındadır bahalı telefon? Hərənin öz işidir. Amma baxırsan ki, 300-400 manat maaş alır, gedib onu da kreditə ödəyir” deyə, aparıcı Mehman Rəsulov əlavə edib.













