Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Ruslan Sultan oğlu Səfərovun notariat fəaliyyətinə xitam verib.
Gündəm24.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin müvafiq əmri ilə qərar qəbul edilib.
Əmrə əsasən, Ruslan Səfərovun notariat fəaliyyəti öz arzusu ilə 3 sentyabr 2026-cı il tarixindən ləğv olunaraq fəaliyyətinə xitam verilib/













