Gündəm24.az xəbər verir ki, günorta saatlarında Sumqayıt şəhərinin Koroğlu prospektində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza zamanı xoşbəxtlikdən sərnişinlər arasında xəsarət alan olmasa da, toqquşan avtomobillərə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə dərhal Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Ərazidə nəqliyyatın hərəkəti tənzimlənib və qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.














