Çərşənbə axşamı, Oktyabr 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ

29/09/2026 20:48
CƏMİYYƏT, Manşet
819 17
Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ
692
Paylaşım sayı
961
Baxış sayı

Pasportunda boş səhifə bitən sərnişin saxlanılarsa, hüquqi statusu nə olur? – AÇIQLAMA

Səfər zamanı xarici dövlətin hava limanında sərnişinin pasportunda viza, giriş möhürü və ya digər sərhəd qeydlərinin aparılması üçün tələb olunan boş səhifənin olmaması səbəbindən ölkəyə buraxılmaması və geri qaytarılması hallarına rast gəlinir. Bu vəziyyət ilk növbədə həmin şəxsin sərhəd nəzarəti baxımından hüquqi statusunun doğru müəyyən edilməsini tələb edir. Bir çox hallarda vətəndaşlar belə situasiyaya sadəcə sənədin fiziki baxımdan “dolu olması” kimi yanaşsalar da, məsələnin arxasında ciddi hüquqi prosedurlar dayanır. Əslində burada pasportun etibarlılığı, səfər edilən dövlətlərin giriş tələbləri, viza rejimi və aviadaşıyıcının sənədləri öncədən yoxlama öhdəlikləri komplekt şəkildə nəzərə alınmalıdır. Xarici ölkəyə daxil olmasına icazə verilməyən sərnişin avtomatik olaraq “deportasiya olunmuş” və ya “cinayət törətmiş” şəxs hesab edilmir. Beynəlxalq aviasiya standartlarına əsasən, bu şəxslər “ölkəyə buraxılmayan sərnişin” statusunda qiymətləndirilir. Eyni zamanda hava limanı operatoru ilə sərhəd mühafizə orqanının hüquq və səlahiyyətlərini eyniləşdirmək də hüquqi baxımdan doğru deyil. Sərnişinin sənədlərindəki uyğunsuzluğun aviadaşıyıcı tərəfindən vaxtında aşkar edilməməsi isə gələcəkdə zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyət məsələsini gündəmə gətirə bilər.

Bəs xarici hava limanında pasport səhifəsi bitdiyi üçün saxlanılan və ya geri qaytarılan sərnişinin hüquqi statusu nə olur və bu halda aviadaşıyıcının, eləcə də aeroportun öhdəlikləri nədən ibarətdir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ellada Bayramova məsələnin hüquqi tərəflərini təfərrüatı ilə şərh edib.

Ellada Bayramova bildirib ki, Azərbaycan Respublikasının ‘Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında’ Qanununa və Miqrasiya Məcəlləsinə əsasən pasport vətəndaşın şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, ölkədən getmək və gəlmək hüququ verən ana sənəddir. Lakin pasportun qüvvədə olması avtomatik olaraq onun istənilən xarici dövlətə giriş üçün kifayət etməsi anlamına gəlmir.

Onun sözlərinə görə, hər bir dövlət öz milli qanunvericiliyinə əsasən ölkəyə giriş üçün əlavə tələblər, o cümlədən pasportda müəyyən sayda boş səhifələrin olmasını tələb edə bilər:

“Pasportun etibarlılıq müddətinin başa çatması ilə boş səhifənin qalmaması eyni hüquqi hal deyil; sənəd saxta olmasa və müddəti bitməsə də, boş səhifə yoxdursa, həmin sənəd konkret səfər üçün giriş tələblərinə cavab verməyən sənəd sayılır.

1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13-cü maddəsinə əsasən xarici dövlətə giriş hüququ həmin dövlətin suveren səlahiyyətlərinə aid məsələdir və son qərarı dövlətin sərhəd və miqrasiya orqanları qəbul edir. Hava limanının operatoru şəxsin həmin ölkəyə daxil olub-olmaması barədə qərar verən orqan deyil, bu səbəbdən hava limanı ilə sərhəd orqanını eyniləşdirmək düzgün deyil”.

Vəkil qeyd edib ki, beynəlxalq standartlara əsasən xarici dövlət tərəfindən qəbul edilməyən sərnişin ‘ölkəyə buraxılmayan şəxs’ statusu alır. Bu, şəxsin cinayət və ya inzibati xəta törətməsi deyil, sadəcə giriş şərtlərinə cavab verməməsi deməkdir.

“Ölkəyə girişdən imtina deportasiya demək deyil”

Ellada Bayramova vurğulayıb ki, “ölkəyə buraxılmama”, “geri qaytarılma” və “deportasiya” anlayışları fərqləndirilməlidir:

“Şəxs hələ dövlətin ərazisinə buraxılmayıbsa və sərhəddə saxlanılıbsa, bu, girişdən imtinadır və onun gəldiyi ölkəyə göndərilməsi geri qaytarılma prosedurudur. Bu hal avtomatik deportasiya (ölkədən məcburi çıxarılma) sayıla bilməz. Oxşar yanaşma Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində də əks olunur: etibarlı sənədi olmayan əcnəbilər ölkə ərazisinə buraxılmadan gəldikləri ölkəyə qaytarılırlar”.

Aviadaşıyıcının və hava limanının öhdəlikləri nədən ibarətdir?

Hüquqşünas  aviadaşıyıcının sənəd yoxlama öhdəliyinə də diqqət çəkib:

“Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına əsasən aviadaşıyıcı sərnişinin səyahət sənədlərinin təyinat ölkəsinin tələblərinə uyğunluğunu səfərdən əvvəl yoxlamalıdır. Lakin aviadaşıcı sərhəd orqanını əvəz etmir və sərnişinin ölkəyə buraxılacağına 100% zəmanət verə bilməz. Əgər sənəddəki uyğunsuzluq obyektiv olaraq əvvəlcədən müəyyən edilə bilməyən məsələdirsə, aviadaşıcının avtomatik məsuliyyəti yaranmır. Əksinə, əgər aviadaşıcı aşkar görünən sənəd uyğunsuzluğunu (məsələn, boş səhifənin ümumiyyətlə olmamasını) yoxlamayıbsa və sərnişini reysə buraxıbsa, bu halda aviadaşıcının məsuliyyəti araşdırıla bilər və sərnişin dəymiş zərərə görə kompensasiya tələb edə bilər.

Ölkəyə buraxılmayan sərnişinin geri daşınmasının təşkili, gözləmə müddətində onun saxlanılması və zəruri xidmətlərlə təmin edilməsi xərcləri də qaydalara uyğun olaraq aviadaşıcı tərəfindən qarşılana bilər. Hava limanı operatoru isə sərhəd nəzarəti orqanı olmadığı üçün bu qərara görə məsuliyyət daşımır; onun məsuliyyəti yalnız öz xidmət və təhlükəsizlik öhdəliklərini pozduqda yaranır.

Sərnişinin nəzarət zonasında saxlanılmasının məhbus statusu anlamına gəlmədiyini vurğulayan E.Bayramova qeyd edib ki, bu cür məhdudiyyətlər BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 12-ci maddəsinə və milli qanunvericiliyə uyğun tənzimlənməlidir:

“Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə sənəd problemi ilə çətin vəziyyətdə qaldıqda, 1963-cü il tarixli Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyasına əsasən konsulluq yardımından istifadə etmək hüququna malikdir. Sərnişin ona münasibətdə qəbul edilmiş qərarın hüquqi əsasını öyrənmək, şikayət vermək və aviadaşıcıdan vurulmuş zərərin əvəzini tələb etmək imkanlarını araşdıra bilər”.

“Yekun olaraq, pasportda boş səhifənin olmaması faktına birdəfəlik hökm kimi baxılamaz. Məsuliyyət məsələsi müəyyən edilərkən sənədin konkret ölkənin giriş tələbinə uyğunluğu, sərhəd orqanının qərarının əsası və aviadaşıcının əvvəlcədən yoxlama öhdəliyini düzgün icra edib-etmədiyi kompleks şəkildə qiymətləndirilməlidir”,- deyə o əlavə edib.

Oxşarxəbərlər

Zöhrab Qəndilov vəfat etdi
Hadisə

Zöhrab Qəndilov vəfat etdi

13/10/2026 15:02
951
Türküstanı Rusiya ilə birləşdirən qaz xəttində partlayış
Dünya

Türküstanı Rusiya ilə birləşdirən qaz xəttində partlayış

13/10/2026 15:01
952
Prezidentin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu – FOTO
Manşet

Prezidentin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu – FOTO

13/10/2026 14:59
951
Laos prezidenti Fəxri xiyabanı ziyarət etdi
Manşet

Laos prezidenti Fəxri xiyabanı ziyarət etdi

13/10/2026 14:30
951
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTOLAR
CƏMİYYƏT

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTOLAR

13/10/2026 14:27
951
Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Hadisə

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

13/10/2026 14:18
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zöhrab Qəndilov vəfat etdi

Zöhrab Qəndilov vəfat etdi

13/10/2026 15:02
951
Türküstanı Rusiya ilə birləşdirən qaz xəttində partlayış

Türküstanı Rusiya ilə birləşdirən qaz xəttində partlayış

13/10/2026 15:01
952
Prezidentin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu – FOTO

Prezidentin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu – FOTO

13/10/2026 14:59
951
Laos prezidenti Fəxri xiyabanı ziyarət etdi

Laos prezidenti Fəxri xiyabanı ziyarət etdi

13/10/2026 14:30
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
983

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.