Cümə axşamı, Oktyabr 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

01/10/2026 14:04
Manşet, Özəl, Qərbi Azərbaycan
844 26
“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb
720
Paylaşım sayı
1000
Baxış sayı

GÜNDƏM24.AZ xəbər verir ki, tədqiqatçı-yazıçı, pedaqoq Bəxşeyiş Ələmşahovun böyük zəhmət və uzun illər apardığı elmi araşdırmalar nəticəsində ərsəyə gətirdiyi “Qafan və Qafanlılar” kitabı işıq üzü görüb.

Qərbi Azərbaycanın qədim Zəngəzur mahalının Qafan rayonuna həsr olunmuş bu fundamental nəşr yalnız bir bölgənin tarixini əks etdirən kitab deyil. Bu əsər həm də bir xalqın yaddaşını, mənəvi irsini, yurd həsrətini və gələcək nəsillərə ötürülən tarixi salnaməsini özündə yaşadır.
Ensiklopedik xarakter daşıyan kitabda Qafanın zəngin tarixi, kəndləri, tayfa və nəsil şəcərələri, tarixi-mədəni abidələri, eləcə də bu torpaqda doğulmuş və yaşamış tanınmış şəxsiyyətlər haqqında geniş məlumatlar toplanıb.

Kitabın diqqətçəkən məqamlarından biri “Dolan Üç Göz” konsepsiyasıdır. Bu yanaşmada Qafanın keçmişi, 1988-ci ildən sonra yaşanan deportasiya və həsrət illəri, eləcə də bütün bu yaddaşın kitab şəklində gələcək nəsillərə çatdırılması bir-biri ilə əlaqələndirilir.
Birinci göz Qafanda həyatın öz axarı ilə davam etdiyi, insanların öz doğma yurdlarında yaşadığı, tarixi abidələrin və maddi-mədəni irsin qorunduğu dövrün canlı yaddaşıdır.

İkinci göz 38 illik həsrətin, yurd nisgilinin, doğma torpaqlardan ayrı düşməyin ağrısının və qayıdış ümidinin ifadəsidir.
Üçüncü göz isə bu iki yaddaşın qovuşduğu nöqtədə yaranan “Qafan və Qafanlılar” kitabıdır. Bu kitab həm keçmişin yaddaşı, həm də gələcəyə ötürülən mənəvi mirasdır. Əsəri fərqləndirən əsas cəhətlərdən biri də insan amilinə xüsusi yer verilməsidir. Burada yalnız tanınmış şəxsiyyətlərin deyil, sadə kolxoz fəhləsinin, dəyirmançının, meşəbəyinin, müəllimin, məktəb direktorunun, xalça toxuyan anaların və zəhməti ilə Qafanın həyatına töhfə vermiş insanların da ömür yolu öz əksini tapıb.

Nəşrdə Açağı, Acıbac, Dovrus, Gığı, Həçəti, Pirdavid, Müsəlləm, Şabadin, Pürülü və digər kəndlərin tarixi haqqında ətraflı məlumatlar yer alır.
Qafanın yetirdiyi tanınmış şəxsiyyətlər də kitabda geniş təqdim olunur. İnçəvar kəndində anadan olmuş dünyaşöhrətli futbol hakimi Tofiq Bəhramov, söz ustası Hafiz Baxış, eləcə də elm, təhsil, mədəniyyət və idarəetmə sahələrində iz qoymuş çoxsaylı ziyalılar haqqında məlumatlar əsərin əhəmiyyətini daha da artırır.

Belə nəşrlər yalnız keçmişi xatırlamaq üçün deyil, gələcək nəsillərin öz köklərini tanıması üçün də mühüm əhəmiyyət daşıyır. Gənclər ata-babalarının yaşadığı kəndləri, həmin torpaqlarda formalaşmış həyat tərzini, mədəniyyəti, adət-ənənələri və insanların talelərini bu kimi əsərlər vasitəsilə öyrənə bilirlər.

“Qafan və Qafanlılar” kitabı bu baxımdan sadəcə bir kitab deyil. O, Qafanın yaddaşının qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və doğma yurdla bağlı xatirələrin yaşadılması baxımından qiymətli mənəvi salnamədir.
Torpaqlarımızdan ayrı düşmək mümkündür, amma həmin torpaqların tarixi, mədəniyyəti, insanları və yaddaşı xalqın düşüncəsindən silinə bilməz. Bu kitab da məhz həmin yaddaşın yaşadılmasına xidmət edən dəyərli bir əsərdir.

Qərbi Azərbaycan
İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov

Oxşarxəbərlər

Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO
Hadisə

Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO

01/10/2026 16:09
951
“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama
Manşet

“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama

01/10/2026 15:49
994
Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Manşet

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

01/10/2026 15:40
954
Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər
CƏMİYYƏT

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

01/10/2026 13:53
954
TƏCİLİ: Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək? – AÇIQLAMA
CƏMİYYƏT

TƏCİLİ: Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək? – AÇIQLAMA

01/10/2026 13:49
952
Moskvada Zəngəzura alternativ “Putin yolu” müzakirələri
Manşet

Moskvada Zəngəzura alternativ “Putin yolu” müzakirələri

01/10/2026 11:18
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Dövlət Qulluqçuları Daha İmtahan Verməyəcək – Yeni Qayda

Dövlət Qulluqçuları Daha İmtahan Verməyəcək – Yeni Qayda

01/10/2026 16:33
963
Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO

Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO

01/10/2026 16:09
951
“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama

“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama

01/10/2026 15:49
994
Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

01/10/2026 15:40
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

01/10/2026 14:04
1000

Mustafa Sandal susmadı: “Yeganə gəlir mənbəyim musiqidir”

Mustafa Sandal susmadı: “Yeganə gəlir mənbəyim musiqidir”

01/10/2026 10:05
960

Qərbi Azərbaycanın Qaxsu kəndi – TARİXİ FAKTLAR

Qərbi Azərbaycanın Qaxsu kəndi – TARİXİ FAKTLAR

01/10/2026 08:47
955

“Müəllimi alçaltmaqla cəmiyyətin gələcəyini məhv edirik” – Ekspertdən sərt xəbərdarlıq

“Müəllimi alçaltmaqla cəmiyyətin gələcəyini məhv edirik” – Ekspertdən sərt xəbərdarlıq

30/09/2026 19:41
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In