Cümə axşamı, Oktyabr 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

01/10/2026 16:40
CƏMİYYƏT, Manşet
788 42
AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər
687
Paylaşım sayı
954
Baxış sayı
1 oktyabr 2026-cı il, Bakı — AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd “Airbus A320neo” və 2 ədəd “Airbus A321neo”) çatıb.
Gündəm24.az  xəbər verir ki, yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.
Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. “Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları ilk “Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci “A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.
Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.
Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Oxşarxəbərlər

Ermənistana keçən hərbçimizin kimliyi MƏLUM OLDU
Manşet

Ermənistana keçən hərbçimizin kimliyi MƏLUM OLDU

01/10/2026 19:02
953
Ermənistanda azərbaycanlının sərhədi keçdiyi iddia olunur – TƏCİLİ
CƏMİYYƏT

Ermənistanda azərbaycanlının sərhədi keçdiyi iddia olunur – TƏCİLİ

01/10/2026 17:30
966
Yol polisindən sürücülərə xəbərdarlıq: QƏZA RİSKİ ARTA BİLƏR
CƏMİYYƏT

Yol polisindən sürücülərə xəbərdarlıq: QƏZA RİSKİ ARTA BİLƏR

01/10/2026 16:57
959
Dövlət Qulluqçuları Daha İmtahan Verməyəcək – Yeni Qayda
CƏMİYYƏT

Dövlət Qulluqçuları Daha İmtahan Verməyəcək – Yeni Qayda

01/10/2026 16:33
972
Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO
Hadisə

Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO

01/10/2026 16:09
959
“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama
Manşet

“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama

01/10/2026 15:49
994

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.