YAP-ın VIII Qurultayından sonra hansı siyasi və təşkilati yenilikləri gözləmək olar? Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyətinə və ölkənin siyasi gündəminə gətirəcəyi əsas mesajlar nələr olacaq?”
Mövzu ilə bağlı Gündəm24.az -a danışan beynəlxalq əlaqələr üzrə şərhçi Əziz Əlibəyli maraqlı fikirlər səsləndirib. O, bildiribki, Partiyanın mahiyyətcə yenilənməsi, yeni dövr üçün monolitliyini qoruması prezident ətrafında tam sıx şəkildə gələcəyə yönəlik yeni baxışların müdafiə olunmasını biz gördük. O cümlədən prezidentin timsalında bəzi doktrinal açıqlamalar oldu. Düşünürəm ki, xüsusilə ideoloji məsələlərdə partiyanın obrazının qabardılmasına, o cümlədən aktiv dövlət siyasətində partiyanın bir növ ədəbdə olunmasına ciddi ehtiyac var idi.

Hərhalda, aparıcı bir siyasi institut kimi hakimiyyət partiyası proseslərdə daha fəal iştirak eləməlidir. Ən azından cəmiyyətin tendensiyalarında daha yaxından iştirak eləməlidir və yeni gənclik liderlərin yetişməsində mühüm rol oynamalıdır. Bütövlükdə siyasi proseslərin avangardına çevrilməlidir.
Bax, burdan yanaşmaq lazımdır. O baxımdan da prezidentin çıxışında tam olaraq qarşıya qoyulan vəzifə bu idi. Eləcə də, ölkənin ən kütləvi partiyası olaraq, ictimaiyyətdə, cəmiyyətə də aparıcı fikrin, Azərbaycan dövlətçilyinin qorunması, Azərbaycan torpaqlarına qayıdış, o cümlədən ölkənin suverenliyinin müdafiəsinə yönəlik və ən əsası indiki məqamda biz bilirik ki, xüsusilə ki, bir vəziyyətlə bağlı məsələlər çox həssaslaşıb, o cümlədən ideoloji. Bu məsələlərdə dövlətçilik ətrafında sıx birləşməni də partiya təmin etməlidir.
Gündəm24.az
İlkin Şirinov













