Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib.
Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. (qafqazinfo)














