Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarının açılışı olub.
Gündəm24.az xəbər verir ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində çıxışında 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvar yol qovşağının istifadəyə verildiyini açıqlayıb.
Yol qovşağı Şanlıurfa-Diyarbəkir avtomobil yolu ilə ətraf yaşayış məntəqələri arasında nəqliyyatı daha rahat edəcək və tranziti asanlaşdıracaq.













