Xaçmaz şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə Ziya Bünyadov küçəsində qeydə alınıb.
Məlumata görə, “Wolf” və “Lada 015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, yaralıların Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
Faktın araşdırılmasına başlanılıb. (Bizim.media)















