Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Əli Surxay oğlu Hümbətov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Gündəm24.az xəbər verir ki, Əli Hümbətov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyəti dövründə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında müxtəlif vəzifələrdə çalışıb.














