Göygöldə 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Xəlil Cəlilov yaşadığı evin həyətində qoz ağacından qoz yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğu araşdırma aparılır.













