2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 257.1 milyon manatlıq xidmət göstərilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11.1 faiz çoxdur.
Göstərilən xidmətlərin 987.1 milyon manatını mobil telefon rabitəsi (30.3 faiz), 524.3 milyon manatını internet xidmətləri (16.1 faiz), 558.8 milyon manatını proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi (17.2 faiz) təşkil edib.

Bundan əlavə, 384.7 milyon manatlıq informasiya xidmətləri göstərilib ki, bu da ümumi həcmin 11.8 faizinə bərabərdir. Digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 802.2 milyon manat (24.6 faiz) olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə ən yüksək artım proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərində qeydə alınıb. Bu xidmətlərin dəyəri real ifadədə 32.2 faiz artıb.
İnternet xidmətlərinin dəyəri 21.5 faiz, informasiya xidmətləri 8.6 faiz, digər informasiya və rabitə xidmətləri 4.3 faiz, mobil telefon rabitəsi xidmətləri isə 3.3 faiz yüksəlib.\oxu.az













