“20 Yanvar” metrostansiyasının yaxınlığında piyada səkisini zəbt edən piştaxta yığışdırılıb.
“Bakupost” ərazidə səkinin zəbt olunması və antisanitar şəraitdə balıq satışı ilə bağlı sakinlərin narazılığı barədə məlumat yaymışdı.
Yazı dərc olunduqdan sonra piştaxta ərazidən götürülüb, piyada səkisi boşaldılıb.









