Cümə axşamı, Oktyabr 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyevin İlk Dəfə Prezident Seçilməsindən 23 İl Ötür

15/10/2026 00:01
Manşet, Siyasət
798 42
İlham Əliyevin İlk Dəfə Prezident Seçilməsindən 23 İl Ötür
696
Paylaşım sayı
966
Baxış sayı

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür.

Gündəm24.az xəbər verir ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:

“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkənin inkişafında yeni mərhələ başlandı.

Prezident İlham Əliyev iyirmi üç illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifahı daha da yaxşılaşıb.

Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.\olke

Oxşarxəbərlər

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı
Dünya

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

14/10/2026 23:18
954
Hörmüz boğazında yük gəmisi batdı
Dünya

Hörmüz boğazında yük gəmisi batdı

14/10/2026 23:14
953
Starlink-lə Bağlı Maskdan Xahiş Etdi
Manşet

Starlink-lə Bağlı Maskdan Xahiş Etdi

14/10/2026 23:08
961
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verili
Manşet

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verili

14/10/2026 22:49
952
İlham Əliyev Tacikistan Prezidenti İlə Görüşdü
Manşet

İlham Əliyev Tacikistan Prezidenti İlə Görüşdü

14/10/2026 22:22
966
Zelenski tarixdə bu cür qarşılanan ilk lider oldu – VİDEO
Dünya

Zelenski tarixdə bu cür qarşılanan ilk lider oldu – VİDEO

14/10/2026 22:14
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyevin İlk Dəfə Prezident Seçilməsindən 23 İl Ötür

İlham Əliyevin İlk Dəfə Prezident Seçilməsindən 23 İl Ötür

15/10/2026 00:01
966
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

14/10/2026 23:18
954
Hörmüz boğazında yük gəmisi batdı

Hörmüz boğazında yük gəmisi batdı

14/10/2026 23:14
953
Starlink-lə Bağlı Maskdan Xahiş Etdi

Starlink-lə Bağlı Maskdan Xahiş Etdi

14/10/2026 23:08
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
975

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
971

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
985

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
980

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.