İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.
Gündəm24.az lent.az-a istinadən bildirir ki, bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb.
Güclü yağış şəhər nəqliyyatında da ciddi problemlər yaradıb. İşdən çıxış saatlarında tıxacın səviyyəsi 89 faizə yüksəlib.
İstanbulda ümumilikdə 1277 su basması hadisəsi qeydə alınıb.
Yağışlarla əlaqədar bu gün İstanbulda məktəblərdə dərslər dayandırılıb.













