Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Gündəm24.az xəbər verir ki, bu barədə XİN “X” hesabında paylaşım edib:
“Pişəvər şəhərində məktəb binasının bir hissəsinin uçması nəticəsində çox sayda şagirdin və bir müəllimin həyatını faciəli şəkildə itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir, səmimi həmrəyliyimizi ifadə edirik.
Həlak olanların ailələrinin kədərini bölüşür, bu ürəkağrıdan faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk”.
Xatırladaq ki, Pakistanın Pişəvər şəhərinin Dir-Koloni rayonunda fəaliyyət göstərən özəl təhsil müəssisəsinin damı uçub. Hadisə nəticəsində 34 şagird və bir müəllim həlak olub.













