Türkiyəli aktrisa İrem Helvacıoğlu, qızı Soranın bir yaşını 90-cı illər temalı ad günü məclisi ilə qeyd edib.
Gündəm24.az xəbər verir ki, aktrisa qızının doğum günü münasibətilə sosial şəbəkədə duyğusal paylaşım edib.
Aktrisa qızına ünvanladığı mesajda onu gördüyü ən parlaq günəş adlandırıb və rəngarəng göy qurşağına bənzədib:
“Sən mənim gördüyüm ən möhtəşəm səmasan. Ən parlaq işıq saçan günəş, bənzərsiz pambıq buludlarla bəzənmiş şirin Soram. Bütün rənglərini özündə birləşdirən göy qurşağı, gecələr rahatlıq verən ən şirin ay işığısan. Səni çox sevirəm. Yaxşı ki, mənim dəli dünyama gəldin”.
Qeyd edək ki, İrem Helvacıoğlu ilə Ural Kasparın nikahından dünyaya gələn Soranın qəyyumluğu anasına verilib. Məlumata görə, aktrisa qızının öz soyadını daşıması üçün keçmiş həyat yoldaşı ilə razılığa gəlib.//sfera.az
















