Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Yaxın Şərqdə sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib və Ankaranın ölkənin regional münaqişələrə cəlb olunmasına yol verməyəcəyini bildirib.
Gündəm24.az xəbər verir ki, o, Türkiyənin qonşu ölkələrdə baş verən böhranların nəticələrindən yayınmağı bacardığını və inanclarından asılı olmayaraq məzlum xalqları dəstəkləməyə davam etmək niyyətində olduğunu bildirib.
Ərdoğan Türkiyənin “od halqası” ilə əhatə olunduğunu bildirib.













