Bakıda qarajlar kütləvi şəkildə sökülür.
Bu barədə Oxu24.com-a paytaxtın Nizami rayonu,Babək prospekti 95 ünvanında yaşayan bir qrup vətəndaş bildirib.
Onların sözlərinə görə,dünəndən etibarən qarajların söküntüsünə başlanılıb.Ancaq bununla bağlı vətəndaşlara heç bir rəsmi qərar göstərilməyib.
Söküntünü hansı qurumun,yaxud şirkətin apardığı da məlum deyil.
Oxu24.com məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.






