Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə çevirdi?

22/11/2025 18:49
Gündəm
59 3
Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə çevirdi?
78
Baxış sayı

Son günlərdə Gültəkin Hacıbəylinin illər əvvəl Ramiz Mehdiyevlə bağlı böyük məhəbbətlə, tərifdolu fikirlər səsləndirdiyi videosu geniş müzakirələrə səbəb olub. Ramiz Mehdiyevin 70 illik yubileyi münasibəti ilə yerli televiziyalardan birinə verdiyi müsahibəsində Gültəkin Hacıbəyli deyir ki, Ramiz Mehdiyev çox sərraf adamdır:

“İnsan seçməyi, insanları qiymətləndirməyi sərraf dəqiqliyi ilə bacarır. Ramiz müəllimlə yol getməyən insanların bir qalereyasını yaradaq, onlara baxaq, bu insanları təhlil edək, sonda görərik ki, onların əksəriyyəti Azərbaycan dövlətinə xəyanət ediblər”.

Günfəm24.az “Bizim Media”ya istinadla xəbər verir ki, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevi bu qədər ilahiləşdirilməsinin səbəbləri çoxdur. Onun parlamentdə mandat qazanmasında, Bakıda bahalı mənzillər və Goranboyda böyük torpaq sahələri əldə etməsində Ramiz Mehdiyevin bilavasitə rolu var. Ona görə də Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə bağlı ağız dolusu danışırdı.

Gültəkin Hacıbəyli necə müxalifətçi oldu?

Ancaq 10 illik deputatlıq fəaliyyətindən sonra, birdən-birə Gültəkin Hacıbəyli müxalifətçi obrazına bürünərək cəmiyyətin qarşısına çıxdı. Özü də Milli Şuranın tərkibində, Əli Kərimlinin yanında…

Bu təsadüf deyildi, məkrli planın bir parçası idi. Plan isə Gültəkin Hacıbəylinin “sərraf insan” adlandırdığı Ramiz Mehdiyev tərəfindən hazırlanmışdı.

Mitinq oyununun başlaması

Yada salaq ki, ötən onillikdə ölkəmizdə radikal qüvvələr xeyli fəallaşmışdı. 2011-ci ildə Ziyalılar Forumunun yaranması, sonrada Milli Şuranın peyda olması ilə sanki onlar birdən-birə yenidən oyanmağa başladılar. Maraqlıdır ki, keçmiş deputat, yeni radikal müxalifətçi Gültəkin Hacıbəyli bu oyunun baş obrazlarından biri idi.

Həmin dövrdə Milli Şura və digər adlarla bir araya gələn pozucu qüvvələr davamlı olaraq ölkə daxilində təxribatlara əl atırdı. Həmin qüvvələr paytaxtda davamlı olaraq icazəsiz mitinqlər keçirməyə çalışırdılar. Bunun üçün hətta feminsistlərin və LGBT nümayəndələrinin imkanlarından da istifadə edilirdi.

Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə çevirdi?

Əslində bu qüvvələrin əsas hədəfi Azərbaycanın imicinə zərbə vurmaq və ölkə daxilində gərginlik yaratmaq idi.

Planın müəllifi – Ramiz Mehdiyev

Təbii ki, bu proseslərin başında Ramiz Mehdiyev dayanırdı. O başda Gültəkin Hacıbəyli olmaqla öz adamları ilə pozucu qüvvələri idarə edir, maliyyələşdirirdi. Yəni, Gültəkin Hacıbəylinin birdən-birə radikal müxalifətçiyə çevrilməsi məhz Ramiz Mehdiyevin planı idi.

Verilən tapşırıqları canla-başla yerinə yetirdiyi üçün Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə paytaxtın Dilarə Əliyeva küçəsində inşa edilən çoxmərtəbəli binada 2 böyük mənzil verib, Goranboy rayonunda Hacıyevlərin adına böyük torpaq sahələri rəsmiləşdirilib.

Bu Mehdiyevin müxalifətə təxribatlar törətmək üçün ayırdığı maliyyə yardımının, hədiyyələrin yalnız kiçik bir hissəsidir.

Təxribatlar üçün seçilən xüsusi günlər

Diqqətçəkən məqamlardan biri də odur ki, müxalifətin təxribatları daha çox xüsusi günlərdə baş verirdi. Nə zaman ki, Bakıda nüfuzlu tədbir keçirilir, yaxud Dövlət başçısı mühüm xarici səfərə hazırlaşırdı, o anda radikal müxalifət aksiyalara başlayırdı. İş o həddə çatmışdı ki, artıq aksiyalar təşkil edilərkən xalqın mənəvi dəyərləri də heçə sayılırdı.

Məsələn 2018-ci ilin yanvarında Gültəkin Hacıbəyli Milli Şuradan çağırış eləmişdi ki, yanvarın 20-də “20 Yanvar” ərazisindən Şəhidlər Xiyabanına qədər yürüş keçirilsin. Bu çağırış bir tərəfdən rəsmi dövlət tədbirlərini pozmaq, digər tərəfdən isə insanların heysiyyatı ilə oynamaq məqsədi daşıyırdı. Bəyəm yürüş etmək üçün başqa gün yox idi?!

Ramiz Mehdiyevin son həmləsi

Nəzərə alaq ki, 2018-2019-cu illərdə pozucu qüvvələr xüsusilə fəallaşmışdılar. Hansı ki, həmin dövrdə ölkəmizdə aktiv islahatlar aparılır, cəmi bir il sonra başlayacaq Vətən savaşına son hazırlıqlar görülürdü. Üstəlik, Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən kadrlar bir-bir vəzifələrindən uzaqlaşdırılırdı.

Belə bir məqamda radikal müxalifətin fəallaşmasının səbəbi də aydın görünür. Məhz Ramiz Mehdiyev islahatlara, özünü gözləyən məlum sona mane olmaq üçün mitinq oyununu yenidən aktivləşdirmişdi.

Əsas məqsəd isə hakimiyyətə öz önəmini göstərmək idi. Guya Azərbaycanda real “anti-iqtidar qüvvələr” var və “Mehdiyev olmasa, hakimiyyətə təhlükə yarana bilər”.

Bütün oyun məhz bu ssenari üzərində qurulmuşdu. Yəni, həmin dövrdəki aksiyalar Ramiz Mehdiyevin əmri və Güktəkin Hacıbəylinin vasitəçiliyi ilə reallaşdırılırdı.

Mehdiyevin və aksiyaların məlum sonu

2019-cu il oktyabrın 19-da “Milli Şura” sonuncu aksiya cəhdini, daha doğrusu Mehdiyevdən gələn axırıncı əmri yerinə yetirmək üçün küçələrə axışdı. Heç vaxt olmadığı qədər canfəşanlıq göstərdilər, təxribatlar törətməyə çalışdılar.

Cəmi dörd gün sonra – oktyabrın 23-də Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı. Həmin vaxtdan “Milli Şura”nın da küçələrdən ayağı birdəfəlik kəsildi.

Çünki Mehdiyevin gedişi ilə, onlar lazımi imkanlardan – maliyyə və təxribat planlarından məhrum qaldılar. Beləcə həm müxalifətin mitinqləri, həm də Ramiz Mehdiyevi “sərraf insan”, “həssas qəlb sahibi” adlandıran Gültəkin Hacıbəyliyə verilən missiya başa çatdı…

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
64
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
56
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
58
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

18/04/2026 15:24
56
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

18/04/2026 15:04
53
Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

18/04/2026 14:36
73
Fidanla Lavrov Antalyada müzakirə apardı

Fidanla Lavrov Antalyada müzakirə apardı

18/04/2026 14:28
76

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.