Braziliyada baş verən güclü fırtına ciddi dağıntılara və insan tələfatına səbəb olub.
Gündəm24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib.
Fırtınanın ən çox zərər vurduğu Tupansiratan şəhərində 8 600 yaşayış binasından 8 000-i zədələnib. Küləyin sürəti saatda 114 kilometrə çatıb.
Hələlik fırtınanın vurduğu ziyanın miqyası ilə bağlı əlavə məlumat verilməyib.//Ajans.az













