“RT” telekanalının baş redaktoru Marqarita Simonyan Krasnodara PUA hücumundan danışıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.
“Onlar bütün gecə boyu mənim doğma Krasnodar diyarını dronlarla təqib edirdilər. Uşaqlarım hələ də pilləkənlərin altındakı dəhlizdə yatırlar”, – o bildirib.
Simonyan həmçinin əlavə edib ki, o, hücum nəticəsində evləri zədələnmiş bölgə sakinlərinə kömək edə bilər.
Qeyd edək ki, noyabrın 25-nə keçən gecə Ukrayna Krasnador diyarına hücum edib.
Qubernator Veniamin Kondratyev bildirib ki, hücum ən uzun hücumlardan biri idi. Beş bələdiyyədə ən azı 20 evə ziyan dəyib.














