KTMT ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Kremlin saytında dərc olunmuş bəyannaməsində qeyd edilib.
“Biz Ermənistan və Azərbaycan arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq”, – məlumatda bildirilib.
Sənəddə qeyd olunur ki, regional münaqişələrin eskalasiyası və xüsusilə KTMT-yə üzv dövlətlərin sərhədləri yaxınlığında yeni təhlükəsizlik təhdidlərinin yaranması, habelə regiondankənar aktorların KTMT ərazisində proseslərə təsir etmək cəhdləri sabitliyin və sülhün təmin edilməsi üçün əlaqələndirilmiş səylər tələb edir.














