Qəbələdə Azərbaycan–Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 12-ci görüşü keçirilib.
Gündəm24.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.
Tərəflər növbəti görüşün tarixini iş qaydasında Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər.











