Kürdəmirdə mişar daşı daşıyan “Kamaz” markalı iki yük maşını toqquşub.
Gündəm24.az Teleqraf-a istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib.
Yük avtomobillərinin toqquşması nəticəsində maşınlardan biri aşıb. Nəticədə avtomobildə olan mişar daşları yola dağılıb, bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Faktla bağlı araşdırma aparılır.














