Çərşənbə, Fevral 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mehdiyevin “dövlətə xəyanət” ittihamında Əli Kərimlinin hüquqi statusu müəyyənləşir – “Azadlıqdan məhrumetmə cəzası verilə bilər”

29/11/2025 18:16
Gündəm
47 2
Mehdiyevin “dövlətə xəyanət” ittihamında Əli Kərimlinin hüquqi statusu müəyyənləşir – “Azadlıqdan məhrumetmə cəzası verilə bilər”
62
Baxış sayı

Xəbər verdiyimiz kimi, AXCP sədri və Milli Şura lideri Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan istintaq tədbirləri nəticəsində saxlanılıb.

Bildirilir ki, saxlanılma Mehdiyevlə ehtimal edilən siyasi əlaqələrin araşdırılması ilə bağlıdır və proses üzrə hüquqi qiymətləndirmə davam edir.

EKREM.jpg (30 KB)

Gündəm24.az  musavat.com-a istinadən xəbər verir ki, partiya sədrinin saxlanılmasını şərh edən tanınmış vəkil Əkrəm Həsənov qeyd edib:

“Dövlət çevrilişinə cəhddən söhbət gedirsə, burada dövlət sirri məsələləri də var. Mümkündür ki, istintaq tam şəkildə baş verənləri hələ aydınlaşdıra bilməyib. Aydınlaşdırdıqları məqamlar, epizodlar üzrə addımlar atılır, həbslər gerçəkləşdirilir. Bu baxımdan məlumatlar ictimailəşdirilmir, ona görə də həbslərin birinin digəri ilə əlaqəli olmasıyla bağlı fərziyyələr üzərindən danışa bilərik.

Ortada olan məlumatlara əsasən deyə bilərik ki, ittihamlar çox ağırdır. Mümkündür ki, tərəflər arasında maliyyə məsələlərində hansısa əlbirlik olub. Biz adətən nazirləri, məmurları ittiham edirik ki, bu qədər pul bunlarda hardandır? Eyni sualı müxalifət liderlərinə də vermək olar. Bu adamlar illərlə müxalifətdədirlər, işləmirlər. Hardandır?

Belə də düşünmək olar ki, ya bu adamları xaricdən maliyyələşdirirlər, ya da daxildən hansısa iri bir dövlət məmuru maliyyələşdirir.

Maliyyələşmə xaricdəndirsə, şəxsən mənim üçün qəbuledilməz bir məsələdir. Xaricinin nə marağı var ki, hansısa bir partiyanı, qurumu, şəxsi maliyyələşdirsin. Xarici pul verirsə, ilk növbədə öz marağını güdür. Xarici mənim, mənim ölkəmin maraqlarını niyə güdməlidir?

Daxildən də belə bir maliyyələşdirmə varsa, bunu dövlət məmuru edirsə, bu, etika baxımından düz deyil. Sən rəsmi olaraq hökumətə işləyirsən, halal və ya haram yolla buradan qazanırsansa, hökumətin əleyhinə olanları maliyyələşdirirsənsə, bu, etik deyil.

Sual yaranır ki, bəs müxalifət haradan maliyyələşsin? Hazırda heç bir sahibkar aşkar şəkildə hər hansı bir müxalifətçini maliyyələşdirməz. Yəni durum belədir və bu arqumenti də qəbul edirəm. Amma durum belədir deyə gedib xaricdən və ya hansısa məmurdan pul almağı da doğru hesab etmirəm. Əgər belə bir maliyyələşmə olubsa, demək qarşılığında da nələrsə istəyib.

O cümlədən indi bizə deyirlər ki, dövlət çevrilişinə cəhd olub. Mən inkar etmirəm ki, Əli Kərimlinin siyasi bazası var. Amma bu elə bir baza deyil ki, dövlət çevrilişini həyata keçirə bilsin. Ramiz Mehdiyev buna inana bilərdi. Pis mənada demirəm, o, elə yaşdadır ki, əqli əvvəlki kimi işləmir.

Əli Kərimli isə qoca deyil, düşünməli idi ki, bunun heç bir perspektivi yoxdur, üstəlik, belə addımlara görə ömürlük azadlıqdan məhrumetmə cəzası da verilə bilər. Çünki Ramiz Mehdiyevə verilən ittihamlar çox ağırdır, bundan o tərəfə ittiham yoxdur”.

Əkrəm Həsənov tərəflər arasında müəyyən əlbirliyin olmasını da istisna etmir:

“Ortada Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı bir məktub var və bizə deyirlər ki, Mehdiyev Rusiyanın adamıdır. Əli Kərimli isə Rusiya ilə deyil, Avropa ilə yaxındır və zəif durumdadırlar.

Müxalifət patiyasının qayəsi iqtidara gəlməkdir. Belə bir ambisiyası var və onu dəstəkləyən qrup, partiya var. Hakimiyyəti tənqid edən partiyanın, qrupun, siyasətçinin fəaliyyəti şəffaf olmalıdır. Çünki hakimiyyəti qeyri-şəffaflıqda ittiham edirsənsə, özün şəffaf fəaliyyət göstərməlisən. Azərbaycanda hakimiyyətdə olan və gedəndən sonra müxalifətə keçən siyasətçilər olub. 96-cı ildə Rəsul Quliyev hakimiyyətdən getdi və dərhal müxalifət partiyalarından birini maliyyələşdirməyə başladı. Əli İnsanov illərlə hakimiyətdə qalandan sonra müxalifətə keçdi və bu gün də fəaliyyətini davam etdirir.

Bu cür gedişlər və dönüşlərdə qanuni baxımdan problem yoxdur. Belə hərəkətlər qanunla qadağan deyil. Aydındır ki, bu şəxslər vəzifələrindən getdikləri üçün hakimiyyətdən müxalifətə keçməklə qisas almağa, eyni zamanda müxalifətlə birgə hakimiyyətə gəlməyə can atırlar. Müxalifətin də belə şəxslərdən bəhrələnməsində problem yoxdur. Bütün dünyada siyasətdə belə addımlar var və Azərbaycanda da olub.

Amma siyasi partiya heç bir halda dövlət çevrilişi, qiyam kimi yollarla hakimiyyətə gəlmək haqda düşünməməlidir. Çünki bu, dövlətin sarsılmasına, dövlətin əleyhinə olan qüvvələrin hakimiyyətə gəlməsinə yol aça bilər”.

Xatırladaq ki, Səbail rayon Məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı külli miqdarda leqallaşdırma) maddələri ilə ittiham olunur.

İstintaq versiyalarına görə, Mehdiyevin Rusiyanın xüsusi xidmət orqanları ilə gizli əlaqələr saxlaması, Azərbaycanda hakimiyyətin dəyişdirilməsi, prezident üsul-idarəsinin ləğv edilərək onun rəhbərliyi ilə 50 nəfərlik “Dövlət Şurası”nın yaradılması cəhdləri araşdırılır. Məlumatlara əsasən, Ramiz Mehdiyevin həmin məxfi şurada müxalifət daxilindən, o cümlədən Əli Kərimlinin də adını hallandırdığı iddia olunur.

Hazırda Əli Kərimlinin bu proseslərlə bağlı hansı rola malik olub-olmaması və ya əlaqələrin hansı xarakter daşıdığı istintaq tərəfindən araşdırılır. Onun hansı maddələrlə ittiham ediləcəyi barədə yaxın vaxtlarda əlavə məlumatın açıqlanacağı gözlənilir. Hazırda istintaq orqanlarının başqa həbslər də apardığı bildirilir.

Oxşarxəbərlər

Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək
Gündəm

Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək

24/02/2026 14:26
53
Gediş kartının balansını belə artırın
Gündəm

Gediş kartının balansını belə artırın

24/02/2026 14:19
56
BDU-nun xanım tələbələri şantaj olunur? – İddia
Gündəm

BDU-nun xanım tələbələri şantaj olunur? – İddia

24/02/2026 13:37
52
Azərbaycanla İran bu məsələni müzakirə etdi – FOTOLAR
Gündəm

Azərbaycanla İran bu məsələni müzakirə etdi – FOTOLAR

24/02/2026 13:30
53
Bu rayonda ehsan verilməsi ləğv edildi
Gündəm

Bu rayonda ehsan verilməsi ləğv edildi

24/02/2026 13:00
55
Nazirlikdən diplom və attestatlarla bağlı QƏRAR
Gündəm

Nazirlikdən diplom və attestatlarla bağlı QƏRAR

24/02/2026 12:50
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
52
Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
52
Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52
Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
52

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
52

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
52

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.