Mərhum şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin həyat yoldaşı Qumru Əliyeva vəfat edib.
Gündəm24.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Q.Əliyeva (Məmmədəliyeva) ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhumun üç mərasimi sabah “Təzəpir” məscidində təşkil olunacaq.
Qeyd edək ki, Qumru Əliyeva Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Teymur Elçinin qızıdır.
Xatırladaq ki, akademik Vasim Məmmədəliyev 2019-cu ildə 77 yaşında dünyasını dəyişmişdi.














