“Biz Rusiyadan enerji idxalını mərhələli şəkildə dayandırmaq qərarına qarşı hüquqi prosedurlara başlayacağıq”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Söhbət Brüsselin Avropaya tədarükünü qadağan etmək istədiyi Rusiya təbii qazı və xam neftindən gedir. Bu qərara dair yekun səsvermə Brüsseldə baş tutan kimi, dərhal Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsində etiraz edəcəyik. Artıq lazımi hüquqi işlərə başlamışıq və bu, davam edir”, – o bildirib.
Diplomat vurğulayıb ki, Rusiya mənbələri olmadan Macarıstanı enerji təchizatı ilə təmin etmək mümkün deyil.














