Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məhsəti Gəncəvi əxlaqsız həyat sürüb? – Tarixçi dəhşətli detallar açdı

04/12/2025 16:21
Gündəm, Manşet
44 3
Məhsəti Gəncəvi əxlaqsız həyat sürüb? – Tarixçi dəhşətli detallar açdı
59
Baxış sayı

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır. Ekran işində Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik və normativ çərçivələrə etinasız yanaşılıb.

Filmdə görkəmli şairə gəzəyən, əxlaqsız bir qadın kimi təqdim edilir və obrazın mənəvi kimliyi ilə səhnələr arasında nəzərəçarpacaq dərəcədə uyğunsuzluqlar mövcuddur.

Bəs Məhsəti Gəncəvi və onun həyatı ilə bağlı hansı faktlar bizə məlumdur?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, tarixçi alim Zaur Əliyev deyib ki, Məhsəti Gəncəvi azadlıq şairəsi və qurbanı olub.

Onun sözlərinə görə, M.Gəncəvi təqribən 1098-ci (və ya 1113-cü) ildə Gəncədə anadan olub, 90 ildən artıq ömür sürüb və bu şəhərdə XII əsrin sonunda vəfat edib:

“Əsl adı Mənicə idi (Mənigə, Munijə). “Məhsəti” təxəllüsünü ona Səlcuq hökmdarı Sultan Səncər verib. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkib. Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: “To, meh-həsti” (Sən hamıdan böyüksən)”.

Alim qeyd edib ki, Sultan Səncər və Məhsəti Gəncəvi barədə bir rəvayət də var:

“Deyilənə görə, Məhsəti xanım şərab içməyi sevirdi. Bir gün Sultanın məclisinə gecikir. Qaydaya görə, gecikən şəxsə 3 buynuz şərab içmək cəriməsi verilirdi. Məclisə gecikən Məhsəti 2 buynuz şərabı içir, 3-cü buynuz təklif olunanda isə bu rübaini deyir:

“Eh şah, məndən sənə mədh və səna bəsdir
Bir qoca qarının sənə bu qədər dua etməsi yetər
İnək deyiləmsə buynuz mənə lazım deyil
İnək oldumsa, iki buynuz bəsimdir”.

İlk qadın bəstəkarımız…

Bəzi müəlliflər yazır ki, Məhsəti adı “Böyük xanım”, bəziləri yazır ki,  gözəlliyini nəzərə alıb “Ay xanım” (“Mah” – ay, “Səti” – xanım) kimi izah edilir. Şairə həm də dərin biliklərə malik olduğundan Məhsəti Dəbir kimi tanınıb. O, məşhur Azərbaycan şairəsi, şahmatçı, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

Məhsəti Gəncəvi əxlaqsız həyat sürüb? – Tarixçi dəhşətli detallar açdı

Alman alimi Frits Meyer 1963-cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazıb və 257 rübai, 30-a yaxın şeir parçasını burada toplayıb. Məhsəti Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində 110-dək miniatür, illüstrasiya və rübaisi saxlanılır”.

Məhsəti camış dərisindən kisəyə salınır…

Zaur Əliyev bildirib ki, deyilənlərə görə, Məhsəti Gəncəvinin Gəncədən sürgün edilməsinə səbəb şahmat olub:

“Şəhərin hakimi məclislərin birində qadınları ələ salmağa, onların axmaq, məhdud məxluqlar, uzun saçlı, qısa düşüncəli olduğunu iddia etməyə başlayır. Məhsəti dərhal qadınların kişilərdən geri qalmadığını iddia etdiyi mübahisəyə girir. Qərara gəlirlər ki, ikisi arasında 10 min dinar pul mükafatı uğrunda şahmat oyunu keçirsin. Məhsətinin beş oyun ardıcıl udmasına əsəbiləşən şəhər hakimi onu ağır şəkildə cəzalandırmaq qərarına gəlir. Məhsətini camış dərisindən tikilən kisəyə salır və 15 gün həbsdə saxlayır. Zindandan çıxan kimi onu ölüm gözlədiyini bilən Məhsəti Gəncəvi şəhəri tərk edib gedir. Deyilənə görə, 91 yaşında Gəncəyə qayıdan Məhsətini keçmiş hakimin varisləri daş-qalaq etdirib öldürürlər”.

Harada dəfn edilib?

Tarixçi onu da əlavə edib ki, orta əsrlər şəraitində, qadının hüquqlarının məhdudlaşdırdığı bir dövrdə Məhsəti Gəncəvi kimi istedadlı şairənin yetişməsi xüsusi əhəmiyyət kəsb edirdi:

“Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli var. Miluz şəhərindəki Yuxarı Alzas Universitetinin Qreta Komur-Tilloy konfransın keçirildiyi zala Məhsəti Gəncəvinin adı verilib. Ehtimal olunur ki, onu şeyx  Nizami Gəncəvinin yanında dəfn ediblər. Çünki 1923-cü ildə Nizami məqbərəsinin yanında qazıntı işləri aparılan zaman bir qadın qəbri aşkar edilib. Onun Məhsəti Gəncəvi olması ehtimal edilir”.

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
58
Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar
Manşet

Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar

25/04/2026 12:08
56
Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
56
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
57
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

25/04/2026 23:04
54
Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

25/04/2026 22:13
54
SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

25/04/2026 22:00
54
Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

25/04/2026 21:44
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
77

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.