Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanır

09/12/2025 20:06
Gündəm
46 2
Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanır
61
Baxış sayı

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak məqsədilə Özbəkistana səfərindən sonra, dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi. NATO-nun və Avropa İttifaqının (Aİ) üzvü olan Slovakiya Mərkəzi Avropanın dinamik inkişaf edən sənaye iqtisadiyyatına sahibdir. Azərbaycan Prezidentinin Mərkəzi Asiyaya səfərinin ardınca Mərkəzi Avropa ölkəsinə rəsmi səfəri ölkəmizin Şərqlə Qərb arasında oynadığı birləşdirici körpü rolunun təsbiti baxımından da mühüm əhəmiyyət kəsb edir.

Slovakiya ilə bir çox sahələri əhatə edən əməkdaşlığın, ötən ildən isə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına baxmayaraq, bu səfər Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəridir. Bir ay əvvəl Slovakiya Baş nazirinin müavini və Müdafiə naziri Robert Kalinakın Zəfər paradında iştirakı dövlətlərarası münasibətlərimizin strateji səviyyəyə yüksəldiyinin əyani təsdiqidir. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı isə ölkələrimiz arasında qarşılıqlı etimada söykənən dostluq əlaqələrinin növbəti sübutudur. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığı heç kim üçün sirr deyil. Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama xüsusi diqqət çəkir: “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir”.

Avropa İttifaqı tərəfindən Rusiya qazının Slovakiyaya idxalının tam qadağan edildiyini nəzərə alsaq, enerji təchizatının Avropa üçün hansı strateji əhəmiyyətə malik olduğunu görməmək mümkün deyil. Dövlətimizin başçısı Bratislavada mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan strateji tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hər zaman hazırdır və bunun üçün böyük potensiala malikdir. Prezident İlham Əliyev növbəti açıqlaması ilə bu sahəyə ayırdığı diqqətin daha dərin strateji hədəflərlə bağlı olduğunun mesajını da verdi: “Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq… Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.

Prezident Bratislavada onu da diqqətə çatdırdı ki, ölkəmizdə istifadə olunmayan alternativ enerji potensialı 2 giqavata yaxındır və növbəti beş il ərzində bu, 8 giqavata bərabər olacaq. Bu cür enerji mənbələrinin süni intellektin və data mərkəzlərinin fəaliyyətində oynadığı rol isə hər kəsə məlumdur. Bratislavada verilən mesajlar onu da göstərdi ki, Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsinə ciddi diqqət yetirir. Yəqin ki, ikitərəfli əməkdaşlığın həm də bu sahəyə fokuslanması ənənəvi bədxahlarımızı narahat edəcək və onlar Ermənistandan, xüsusilə oradakı revanşist kəsimdən manipulyativ şəkildə istifadə etməyə çalışacaqlar. Prezident İlham Əliyev bunu nəzərə alaraq, həm Ermənistana, həm də Cənubi Qafqazdakı yeni geosiyasi şəraitdən məmnun olmayan və hər fürsətdə keçmişdə qalan münaqişəni yenidən körükləməyə çalışan dairələrə bu mesajı verdi: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöyteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər”.

Enerji təhlükəsizliyi məsələsinə qayıtdıqda isə, bu gün Azərbaycan qazını alan 14 ölkədən 8-i Avropa İttifaqının üzvüdür. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya da ixrac olunub. Sözsüz ki, mürəkkəb geosiyasi şəraitin doğurduğu çağırışlar fonunda enerji təhlükəsizliyi Avropa, o cümlədən Slovakiya üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil xarici siyasəti və real addımları ilə sübut edib ki, bütün maneə və təzyiqlərə baxmayaraq, etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iradəsinə sahibdir. Eyni zamanda, ölkəmizin ötən illər ərzində infrastruktura, logistik bağlantılara və nəqliyyat sektoruna yatırdığı sərmayələr imkan verir ki, Azərbaycan Şərq-Qərb dəhlizində əhəmiyyətli rola sahib olsun və beynəlxalq logistika mərkəzinə çevrilsin. Bu cür strateji hədəflərin reallaşa bilməsi ona görə mümkündür ki, onun arxasında Azərbaycan iqtidarının müstəqil xarici siyasət kursu və ölkəmizin daxili iqtisadi potensialı dayanır. Bütün bunlar təmin olunduğuna görə, bügünkü Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və xüsusi rəğbətlə qarşılanır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
59
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zaur Kamalın efirinə icazə verilmədi

Zaur Kamalın efirinə icazə verilmədi

26/04/2026 11:21
56
Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

26/04/2026 11:10
66
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

26/04/2026 10:58
65
Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
73

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
77

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.