“Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq”.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“ABŞ–Ermənistan birgə müəssisəsi dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də optik-lif kabelləri üçün tələb olunan infrastrukturların inkişafı hüququ alacaq. Biz artıq gələn il faktiki icra və tikinti mərhələsinə keçəcəyik”, – deyə Paşinyan Berlində bildirib.
O vurğulayıb ki, “Tramp marşrutu” layihəsi, həmçinin Ermənistan və Türkiyə arasında kommunikasiyanın açılması, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz bağlantını təmin etməklə Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilmək üçün tam potensiala malikdir.













