Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qlobal əməkdaşlıq arxitekturasında mədəniyyətin rolu

10/12/2025 16:11
Gündəm
49 2
Qlobal əməkdaşlıq arxitekturasında mədəniyyətin rolu
64
Baxış sayı

İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı çərçivəsində keçirilən Bakı Yaradıcılıq Həftəsi ölkəmizin həm regional, həm də qlobal mədəni inteqrasiya proseslərində oynadığı rolu aydın şəkildə göstərir. Bakıda gerçəkləşən bu mədəni tədbir sənət və yaradıcılıq nümunələrinin təqdimatı olmaqla yanaşı, həm də İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi, ortaq mədəni irsin qorunması və əməkdaşlıq xəritəsinin formalaşdırılması üçün yaradılmış çoxşaxəli platformadır və Azərbaycanın yaradıcılıq potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün ən əlverişli bir vasitədir.

Bu gün Azərbaycanın mədəni diplomatiya fəaliyyəti sürətlə genişlənir və ölkənin mədəni-siyasi təşəbbüsləri artıq regional sərhədləri aşaraq qlobal humanitar məkanın strukturunda yer alan mühüm vektorlardan birinə çevrilib. Bakıda reallaşdırılan bu genişmiqyaslı platforma yalnız estetik təqdimat funksiyası daşımır, həm də İslam dünyasında intellektual inteqrasiya və kulturoloji harmonizasiya sahəsində əməkdaşlıq proseslərinin modern çərçivədə yenidən qurulmasına xidmət edən konseptual model rolunu oynayır. Burada mədəniyyət tarixi yaddaşın təkrarı kimi deyil, gələcəyin sosial-humanitar kodu, xalqlar arasında anlaşma və beynəlxalq əməkdaşlıq yaradan kommunikativ vasitə kimi təqdim olunur.

Festival mədəniyyətlərarası dialoqu, tolerantlıq ideyasını və sülhü yeni yaradıcı formatlarda aktuallaşdırır. Mədəniyyət yalnız milli identikliyin qorunması mexanizmi deyil, həm də müxtəlif coğrafiyaları, dilləri və estetik sistemləri birləşdirən ümumbəşəri dəyər kimi təqdim olunur. Sənət və rəqəmsal yaradıcılıq ekosistemini birləşdirən çoxşaxəli struktur mədəniyyətin statik irs deyil, dinamik yaradıcılıq sistemi olduğunu göstərir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas məqsədlərindəndir. 50-dən çox ölkədən iştirakçıların qatıldığı bu Yaradıcılıq Həftəsi çərçivəsində təqdim olunan panel müzakirələri, sərgilər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıtmağa xidmət edir. Xüsusi platformalar olaraq “Mədəni və Yaradıcı Sənayelər Forumu (MYFORUM)” və “Creative Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi (MYEXPO)” və s. kimi tədbirlər milli yaradıcılıq potensialının təqdimatı və qlobal əməkdaşlıq üçün unikal imkanlar yaradır. Bu qəbildən olan beynəlxalq proqramlar və tədbirlər mədəniyyətin iqtisadi və humanitar dəyərini paralel şəkildə aktuallaşdırır və yaradıcı sənayelərin regional sərhədləri aşaraq qlobal rəqabət mühitinə inteqrasiyasına zəmin yaradır.

Bədii və konseptual təqdimatlar festivalın ideya yükünün mühüm tamamlayıcı komponentini təşkil edir. Fəlsəfi və estetik kodlar, mədəni irs nümunələri, vizual kompozisiya və musiqi sintezi insan-məkan-zaman münasibətlərinin modern interpretasiyası kimi təqdim olunur. Ənənəvi musiqi ilə müasir akustik tərtibatın, milli rəqs estetikasının yeni vizual strukturda təqdim olunması və tarixiliyi modern düşüncə ilə qovuşduran kompozisiyalar Azərbaycan mədəniyyətinin lokal və ümumislam identikliyində oynadığı rolu göstərir. Bu yanaşma mədəniyyəti yalnız milli yaddaşın ifadəsi deyil, beynəlxalq intellektual diskursa qoşulan semiotik sistem kimi təqdim edir.

İslam dünyasının mədəni irsinin müasir texnoloji, estetik və konseptual formatlarda təqdim olunması, gənc nəsillərə ötürülməsi üçün yaradılan yeni platformalar Azərbaycanın humanitar siyasətinin strateji istiqamətlərindən birini təşkil edir. Bu təşəbbüs ortaq mədəni arxitekturanın yenilənməsinə, tarixi mirasın koqnitiv mühitdə modernləşdirilməsinə və qlobal səviyyədə davamlı həmrəylik modelinin formalaşmasına xidmət edir.

Nəticə etibarilə, İslam Əməkdaşlıq Təşkilatının Bakı Yaradıcı Həftəsi müasir mədəni diplomatiya modelinin konseptual strukturunu formalaşdırır, mədəniyyət və texnologiya inteqrasiyasını strateji səviyyədə aktuallaşdırır və İslam dünyasında humanitar həmrəyliyin modern konsepsiyasını müəyyənləşdirir. Mədəniyyət siyasi coğrafiyaları yaxınlaşdıran, xalqlar arasında mənəvi bağları gücləndirən və qlobal əməkdaşlıq üçün yeni institusional formatlar yaradan transformativ gücdür. Bu tədbir Bakını yalnız mədəni mərkəz deyil, həm də gələcəyin humanitar inkişaf xəritəsini formalaşdıran strateji qovşaq kimi təqdim edir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Oxşarxəbərlər

XX əsrin Xocalı məhşəri
Gündəm

XX əsrin Xocalı məhşəri

26/02/2026 10:50
51
TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya
Gündəm

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

26/02/2026 10:42
52
Xocalı soyqırımı ən qanlı faciələrdəndir – XİN
Gündəm

Xocalı soyqırımı ən qanlı faciələrdəndir – XİN

26/02/2026 09:23
54
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTOLAR
Gündəm

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTOLAR

26/02/2026 09:18
54
Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür
Gündəm

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
60
Azərbaycandan Ermənistana 4500 ton dizel yola salınır – FOTOLAR
Gündəm

Azərbaycandan Ermənistana 4500 ton dizel yola salınır – FOTOLAR

25/02/2026 17:51
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi

26/02/2026 11:22
51
XX əsrin Xocalı məhşəri

XX əsrin Xocalı məhşəri

26/02/2026 10:50
51
TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

26/02/2026 10:42
52
ABŞ-dan Xocalı soyqırımı ilə bağlı paylaşım

ABŞ-dan Xocalı soyqırımı ilə bağlı paylaşım

26/02/2026 10:38
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
54

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.