Türkiyənin İstanbul şəhərində ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
Hadisə Pendik rayonunda qeydə alınıb, nəticədə 3 uşaq ölüb, 1 azyaşlı ağır yaralanıb.
“Yanğın zamanı uşaqların anası evdə olmayıb. Ətrafdakılar məlumat verəndən sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları göndərilib. Yanğının səbəbi məlum deyil”, – deyə nəşr yazıb.














