Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kütləvi həbslər başladı: “Mehdiyev işi” haqda yeni detallar – 2022-ci ildə müəmmalı şəkildə…

12/12/2025 16:15
Gündəm
833 26
Kütləvi həbslər başladı: “Mehdiyev işi” haqda yeni detallar – 2022-ci ildə müəmmalı şəkildə…
711
Paylaşım sayı
987
Baxış sayı

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində Dövlət Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb. Komitənin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, İdarənin Liman Məntəqəsinin rəisi Fərid Usubov saxlanılanlar arasındadır. Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.

Gündəm24.az  Globalinfo.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsində baş verən kütləvi həbslərlə bağlı siyasi şərhçi Elçin Alıoğlu ilə müsahibəni təqdim edir:

– Elçin bəy, Dövlət Gömrük Komitəsində kütləvi həbslərin arxasında nə dayanır?

– Bu, antikorrupsiya idarəsinin apardığı əməliyyatlardır. Burada “kütləvi həbslər” ifadəsini işlətmək emosional yanaşma olardı. Məsələ ondadır ki, Dövlət Gömrük Komitəsində mütəmadi yoxlamalar aparılır. Əgər bunun arxasında qərəz və məqsəd yoxdursa, görülən işlər Azərbaycan qanunvericiliyi çərçivəsindədir.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyatlar çərçivəsində dəniz nəqliyyatı sektorunda bir sıra vəzifəli şəxslər həbs olunub. Dəniz limanının rəisi Fərid Usubova qanunsuz siqaret qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülüb. Paralel olaraq, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov 2 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. Gömrük Komitəsinin digər əməkdaşları – Zaur Həşimov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov da saxlanılanlar arasındadır.

– Gömrük Komitəsində hansı problemlər var?

– Son vaxtlar Gömrük Komitəsində büdcə daxilolmaları ilə bağlı müəyyən problemlər müşahidə olunur. Gömrük rüsumlarının toplanması və sənədləşməsində bölgə əməkdaşları tərəfindən vəzifə səhlənkarlığı halları baş verir. Eyni zamanda, vətəndaşların bu qurumla bağlı şikayətləri səngimək bilmir.

Dövlət Gömrük Xidmətində əsaslı yoxlamalardan çox, əsaslı islahatlara və yenidənqurmaya ehtiyac var. Korrupsiya elementlərinin çox olması barədə şikayətlər daxil olur. Bunlar nəzərə alınaraq addımlar atılır. Çünki korrupsiyaya göz yummaq, xüsusən də ölkəyə daxil olan və çıxarılan məhsulların gömrük rəsmiləşdirilməsi zamanı büdcəyə zərər vurulması yolverilməzdir.

Azərbaycanın qeyri-neft sektoru inkişaf edir, enerji hasilatı isə geoloji səbəblərdən azalır. İnzibati və geosiyasi proseslər, o cümlədən Ukrayna müharibəsi, ABŞ-ın bazara daha çox neft çıxarması, Rusiya və İrana tətbiq edilən sanksiyaların sərtləşdirilməsi – qlobal enerji bazarına təsir göstərir. Rusiya müharibədən sonra ən aşağı neft satışını qeydə alıb və təqribən 50 milyard dollar büdcə itkisi ilə üzləşib.

Bu reallıqlar fonunda gömrük xidmətinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti daha da artır. Ona görə də gömrükdə aparılan təftiş və nəzarət tədbirləri qaçılmazdır. Əgər struktur islahatları aparılmazsa, məsuliyyət daşıyan şəxslərin sayı artacaq.

– Mətbuatda bu əməliyyatların Ramiz Mehdiyev işi ilə əlaqələndirildiyi iddia olunur. Gömrük xidməti generalı olan Telman Mehdiyevin də adı hallanır. Telman Mehdiyev ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur.

– Telman Mehdiyev gömrük sistemində düşünülən qədər geniş təsir imkanlarına malik deyil. Ona qarşı irəli sürülən ittihamlar sırasında müxtəlif məqamlar var. Məsələn, onun “EuroHome” ticarət mərkəzinin sahibi olduğu iddia edilir. Telman Mehdiyevin Ramiz Mehdiyevlə qohumluğu barədə deyilənlərin də bioloji əsasları yoxdur – çünki Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa bir ailədə keçirib.

Telman Mehdiyev uzun illər gömrük sistemində yüksək vəzifələrdə çalışıb. 2020–2021-ci illərdə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2022-ci ildə Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin rəisi olub. Bu qurum xüsusilə strateji yüklərə, dəniz daşımalarına və neft ticarətinə nəzarət edir.

Bir sıra məlumatlara görə, o, Ramiz Mehdiyevin göstərişləri əsasında sahibkarlara qarşı təzyiq mexanizmlərində rol oynayıb. 2022-ci ildə Səfər Mehdiyevin əmri ilə vəzifədən azad edilib və Qərb Baş Gömrük İdarəsinin rəisi təyin olunub, lakin bu vəzifədə də çox qalmayıb. Səfər Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan sonra Telman Mehdiyev də pensiya yaşına çatması əsas göstərilərək istefaya göndərilib. Yəni o, bir növ himayəsiz qalıb.

“EuroHome” məsələsi isə ayrıca araşdırılmalıdır. 2022-ci ildə müəmmalı şəkildə yanan bu ticarət mərkəzində ən azı 200 min manat ziyana düşən sahibkarlar kompensasiya tələb edirdilər. O zaman obyektin Ramiz Mehdiyev və yaxınları tərəfindən himayə olunduğu iddia edilirdi və məsələ qapadılmışdı.

Gömrükdə aparılan indiki əməliyyatların Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Məsələn, Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi, polkovnik Ceyhun Babayev rüşvət alarkən tutulub. Bu həbsi Telman Mehdiyevlə əlaqələndirmək düzgün olmazdı.

Oxşarxəbərlər

“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO
Gündəm

“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO

22/09/2026 22:11
955
Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı
Gündəm

Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı

22/09/2026 21:47
954
İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır
Gündəm

İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır

22/09/2026 20:25
958
Azərbaycan İrana uçuşları dayandırıb? – RƏSMİ AÇIQLAMA
Gündəm

Azərbaycan İrana uçuşları dayandırıb? – RƏSMİ AÇIQLAMA

22/09/2026 18:22
956
Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO
Gündəm

Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

22/09/2026 18:05
953
Hökumət Evində yerləşən dövlət qurumları ilə bağlı qərar
Gündəm

Hökumət Evində yerləşən dövlət qurumları ilə bağlı qərar

22/09/2026 17:08
966

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
957
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
954
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.