Cümə, Mart 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Görünməmiş hal: Simonyanın Nəsrullayevanın önündə hörmətlə əyilməsi… – VİDEO

15/12/2025 13:00
Dünya, Siyasət
44 2
Görünməmiş hal: Simonyanın Nəsrullayevanın önündə hörmətlə əyilməsi… – VİDEO
58
Baxış sayı

Tbilisidə keçirilən Uşaq Avroviziyası müsabiqəsində Azərbaycanın Ermənistana 3 bal verməsi, həmçinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın azərbaycanlı təmsilçi Yağmur Nəsrullayeva ilə görüşərək ona uğurlar arzulaması maraqlı situasiya yaradıb.

Bu qarşılıqlı jestlər siyasi arenada necə qiymətləndirilməlidir? Hazırda “musiqi diplomatiyası” iki ölkənin münasibətlərinin normallaşmasında nə dərəcədə rol oynayır?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki,danışan politoloq Züriyə Qarayeva deyib ki, Simonyanın bu addımı ilk baxışdan sadə mədəni jest kimi görünsə də, siyasi kontekstdə daha geniş mənalar daşıyır:

“O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ən yaxın komanda üzvlərindən biridir və oradakı iştirakı təsadüfi addım kimi qiymətləndirilə bilməz. Ermənistan rəhbərliyi hazırda Qərblə yaxınlaşma xətti yürütməklə paralel şəkildə regionda gərginliyi azaltmağa çalışır. Bu fonda mədəni tədbirdə nümayiş etdirilən yumşaq jestlər bir növ “düşmənçilik ritorikasını yüngülləşdirmək”, ictimai rəydə daha konstruktiv imic formalaşdırmaq cəhdi kimi qəbul edilə bilər. Simonyanın davranışı həm də İrəvanın “mülki və humanitar sahələrdə qarşıdurma istəmirik” mesajı vermək üçün istifadə etdiyi alətdir, çünki yüksək səviyyəli rəsmilərin belə tədbirlərdə jest göstərməsi siyasi risk daşıyır və bu, düşünülmüş diplomatik siqnal kimi görünür”.

Görünməmiş hal: Simonyanın Nəsrullayevanın önündə hörmətlə əyilməsi... - VİDEO

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında uzun illər “musiqi diplomatiyası” və mədəni jest mövcud olmayıb:

“Qarabağ münaqişəsi müddətincə mədəniyyət sahəsi də siyasətlə sərt şəkildə çərçivələndiyindən iki xalq arasında emosional məsafə daha da dərinləşib. Lakin hazırkı mərhələdə, xüsusilə 2023–2024-cü ildən sonra regionda sülh gündəmi daha ciddi müzakirə olunarkən, mədəniyyət vasitəsilə yumşalma və humanitar təmasların artırılması siyasi prosesləri dolaylı şəkildə dəstəkləyən alətə çevrilə bilər.

“Musiqi diplomatiyası” tərəflər arasında siyasi danışıqlara təsir edən əsas faktor olmasa da, neqativ emosional fonu azaltmaq, cəmiyyətləri psixoloji olaraq toqquşma rejimindən çıxarmaq və normallaşmaya hazırlamaq baxımından yumşaldıcı rol oynaya bilər. Buna görə də Simonyanın jesti real siyasi qərarların yerini tutmasa da, Ermənistanın ictimai-siyasi mühitdə “möhkəm düşmənçilik ritorikası”nı yüngülləşdirməyə yönəlik simvolik addımı kimi dəyərləndirilir”.

Oxşarxəbərlər

Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!
Dünya

Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!

12/03/2026 22:06
57
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
Siyasət

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR

12/03/2026 21:48
55
Prezidentin sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı
Manşet

Prezidentin sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

12/03/2026 21:24
56
Xameneinin həyat yoldaşı SAĞDIR
Dünya

Xameneinin həyat yoldaşı SAĞDIR

12/03/2026 20:54
54
Putin qonşu ölkədə bunu etməyə hazırlaşır – Politoqdan ŞOK PROQNOZ
Dünya

Putin qonşu ölkədə bunu etməyə hazırlaşır – Politoqdan ŞOK PROQNOZ

12/03/2026 19:49
62
Xameneinin ilk mesajı: Regionda yerləşən bütün ABŞ bazaları dərhal bağlanmalıdır
Dünya

Xameneinin ilk mesajı: Regionda yerləşən bütün ABŞ bazaları dərhal bağlanmalıdır

12/03/2026 17:26
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı

Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı

12/03/2026 22:27
53
Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!

Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!

12/03/2026 22:06
57
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR

12/03/2026 21:48
55
Prezidentin sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

12/03/2026 21:24
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
68

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
80

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In