Şənbə, İyul 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Abbas Abbasovun oğlu da hədəfdə – Sabiq deputatla bağlı iki versiya…

18/12/2025 16:00
Gündəm, Manşet
52 3
Abbas Abbasovun oğlu da hədəfdə – Sabiq deputatla bağlı iki versiya…
70
Baxış sayı

Son günlər Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun “Mehdiyev işi” çərçivəsində axtarışa verilməsi xəbəri ictimai müzakirələrə səbəb olub. Bu konteksdə onun bir vaxtlar deputat olmuş oğlu Aydın Abbasov da diqqət mərkəzindədir. Bildirilir ki, sabiq millət vəkilinin də fəaliyyəti araşdırılmalı, hətta istintaqa cəlb olunmalıdır.

Bu, mümkündürmü? Aydın Abbasov xaricdə olduğu təqdirdə, Azərbaycana təhvil verilə bilərmi?

Gündəm24.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Aydın Abbasova qarşı ittiham varsa, o, istintaqa cəlb oluna bilər:

“Bildiyim qədər Aydın Abbasov barəsində cinayət işi başladılmayıb. Əgər axtarışa verilərsə, o zaman onu olduğu ölkədən istəmək mümkündür. Abbas Abbasovun isə Rusiyada olduğu barədə məlumatlar var. Məsələ hüquqi əsaslardan asılıdır. Əgər Azərbaycanda hər hansı bir şəxs barəsində cinayət işi başlanıbsa və bunun üçün tutarlı hüquqi əsaslar mövcuddursa, iki mexanizm tətbiq edilə bilər. Ya həmin şəxs İnterpol xətti ilə beynəlxalq axtarışa verilir, ya da onun olduğu ölkəyə birbaşa müraciət olunur. Şəxsin harada olduğu məlumdursa, müvafiq ölkəyə rəsmi sorğu göndərilə bilər”.

Abbas Abbasovun oğlu da hədəfdə - Sabiq deputatla bağlı iki versiya...

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, növbəti mərhələdə məsələ həmin ölkənin məhkəmə orqanları tərəfindən araşdırılır:

“Məhkəmədə tutarlı əsaslar təqdim edilərsə, şəxsin Azərbaycana ekstradisiyası barədə qərarın olması mümkündür. Lakin burada yalnız hüquqi amillər deyil, dövlətlərarası münasibətlər də mühüm rol oynayır. Belə proses qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir”.

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bu sahədə əməkdaşlıq təcrübəsi mövcuddur:

“Azərbaycan və Türkiyə zaman-zaman bir-birinə axtarışda olan şəxsləri təhvil veriblər. Lakin Rusiya ilə münasibətlərdə bu proses hər zaman eyni cür baş vermir. Ona görə də konkret halda ekstradisiyanın mümkün olub-olmayacağını dəqiq demək çətindir”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

Oxşarxəbərlər

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri
Manşet

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

04/07/2026 13:06
63
“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident
Manşet

“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident

04/07/2026 11:01
56
Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO
CƏMİYYƏT

Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO

03/07/2026 23:51
53
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
55
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
54
Prezident vacib fərman imzaladı
Manşet

Prezident vacib fərman imzaladı

03/07/2026 15:11
70

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiya helikopteri və dəmir yolu vuruldu

Rusiya helikopteri və dəmir yolu vuruldu

04/07/2026 15:55
54
Masazırda “Ford” yandı – VİDEO

Masazırda “Ford” yandı – VİDEO

04/07/2026 15:42
54
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib – VİDEO

Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib – VİDEO

04/07/2026 15:30
70
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm” – VİDEO

“Necə belə adama ərə getmişəm, nələr çəkirəm” – VİDEO

04/07/2026 15:27
60

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
63

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
72

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
60

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
105

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.