Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vardanyanın separatçı fəaliyyətindən bəhs edən film hazırlandı – FOTOLAR

19/12/2025 16:39
Gündəm
792 60
Vardanyanın separatçı fəaliyyətindən bəhs edən film hazırlandı – FOTOLAR
705
Paylaşım sayı
979
Baxış sayı

Bu gün “AnewZ” beynəlxalq xəbər və analitika kanalının “AnewZ Investigations” adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanmış “The Oligarch’s Design” sənədli film ilə bağlı mətbuat konfransı keçirilib.

Gündəm24.az APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında filmin xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırdığı bildirilib.

Qeyd edilib ki, “The Oligarch’s Design” açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi “Troika Laundromat” maliyyə şəbəkəsini aşkara çıxaran beynəlxalq tədqiqatlara əsaslanır.

Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.

“AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin 8 ölkədə, 10-11 ay zaman ərzində çəkildiyini və bu proyektdə 100-yaxın insanın əmək sərf etdiyini bildirib.

O qeyd edib ki, filmin Ermənistanda çəkilən hissələrində Ruben Vardanyanla müxtəlif təşkilatlar daxilində birgə fəaliyyət göstərən şəxslərdən müsahibələr götürülüb ki, bura qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi” şəxsi də daxildir.

Rüfət Həmzəyev sözügedən sənədli filmlə “AnewZ” telekanalında yeni bir redaksiya istiqamətinin yarandığını əlavə edib.

“AnewZ” TV kanalının baş redaktoru Qay Şoun isə çıxışında vurğulayıb ki, sənədli filmin çəkilişlərində jurnalistikanın bütün etik prinsiplərinə, qərəzsizliyə və faktların yoxlanılmasına tam riayət olunub.

Bildirilib ki, beynəlxalq araşdırma təşkilatları tərəfindən dərc edilmiş materiallar filmin faktoloji bazasının bir hissəsini təşkil edir.

Qeyd edilib ki, bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

“The Oligarch’s Design” filminin İtaliya, Litva, Böyük Britaniya, ABŞ, Ermənistan, İsrail, Ukrayna va Azərbaycan ərazilərində çəkildiyi vurğulanıb.
Layihənin hazırlanmasında 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı iştirak edib. Onların bir qismi aktiv müharibə zonaları da daxil olmaqla çətin və yüksək riskli şəraitdə çalışıb.

“ANEWZ Investigations” platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış, məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

“The Oligarch’s Design” sənədli filminin premyerasının bu gün axşam baş tutacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, hazırda Bakı Hərbi Məhkəməsində Ruben Vardanyanın məhkəməsi keçirilir, prokuror onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO  Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO  Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO  Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO  Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
976
Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı
Gündəm

Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

19/09/2026 23:21
955
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO
Gündəm

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
960
Bakıda gözəllik salonunda qadını dişlədilər
CƏMİYYƏT

Bakıda gözəllik salonunda qadını dişlədilər

19/09/2026 00:24
969
Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir
Gündəm

Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir

18/09/2026 19:47
959
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
Gündəm

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:14
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.