Çərşənbə, Mart 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Leyla Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində

26/12/2025 21:50
Manşet, Mədəniyyət
55 0
Leyla Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində
70
Baxış sayı

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib.

Gündəm24.az xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.

Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı yanaşma və özünüifadə bacarıqlarının formalaşmasına töhfə verir. Bu platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından çıxararaq, ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət edən bir mədəniyyət mexanizminə çevirib. Belə ki, Azərbaycanın bütün bölgələrindən olan 6–17 yaş aralığındakı uşaqları bir araya gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb.

2025-ci ilin mart ayından start götürən builki festivala 27 mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş miqyasını, uşaqların incəsənətə artan marağını bir daha təsdiqləyir.

Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinin gənc kadrların, gənc istedadların üzə çıxarılmasına dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib. Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən gənc istedadların müəyyən edilməsi, onların təhsilinin, eyni zamanda, fərdi inkişafının dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilməkdədir.

“Bu illər ərzində bizim bir çox gənc istedadlarımız Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xaricdə təhsil proqramlarına cəlb olunublar, onların fərdi inkişafı istiqamətində müxtəlif addımlar atılıb. Uşaq İncəsənət Festivalı isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və ideyası ilə keçirilir. Qarşıya qoyulan tapşırıqlardan biri də o idi ki, bütün ölkə ərazisində yaradıcı təfəkkürə malik gənc istedadların, xüsusi fitri istedada sahib olan uşaqların müəyyən edilməsi, onların üzə çıxarılması, onlarla fərdi inkişaf işinin aparılması istiqamətində bir mexanizm qurulsun. Bu layihə də məhz həmin ideya əsasında ərsəyə gəldi. Məzmununa və ideyasına görə çox mühüm bir layihə olan və ikinci dəfədir keçirilən Uşaq İncəsənət Festivalı, sadəcə, bir tədbir deyil. Festivala paytaxtın rayonları da daxil olmaqla ümumilikdə 86 şəhər və rayondan uşaqlar və gənclər müraciət etdilər. Üç mərhələli seçim əsasında 24 nominasiya üzrə qaliblər müəyyənləşib. Bu, yaradıcı şəxslərin üzə çıxarılması üzrə əhatəli bir platformadır. Burada gənc istedadların kadr bankı formalaşmış olur. Yaradılan elektron analitik platforma əsasında hər bir bölgədə hansı istedadların olduğunu, incəsənətin müxtəlif növlərinə daha çox meyli olan bölgələri müəyyən edirik. Bilirik ki, hansı bölgədə hansı istedadlar mövcuddur. Bu, həm gələcəkdə mədəniyyət sahəsi üzrə data əsaslı idarəetməyə imkan verir, həm də peşəkar heyətin formalaşdırılması üçün ilkin mərhələdə onların müəyyən edilməsini və peşəkar təhsilə, sonra da peşəkar mədəniyyət sahəsində idarəetməyə gətirilməsi üçün geniş imkanlar yaradır”, – deyə mədəniyyət naziri vurğulayıb.

Sonra festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra isə qaliblərin ifasında konsert proqramı təqdim olunub. Proqram çərçivəsində qaliblər solo çıxışlarla yanaşı, tanınmış incəsənət xadimləri ilə duet nömrələri və xüsusi hazırlanmış musiqi-səhnə kompozisiyaları ilə çıxış ediblər.

Festivalın rəsm nominasiyası üzrə qalib olan 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü on yaşlı Melissa Quliyeva AZƏRTAC-a müsahibəsində qədim bazarlarımızı təsvir etdiyi əsərinin qalib seçildiyini bildirib: “Qaliblər arasında olduğum üçün çox sevincliyəm. Bundan sonra da üzərimdə çalışacağam və daha gözəl işlər ərsəyə gətirəcəyəm”.

Akademik vokal üzrə birinci yer tutan on iki yaşlı Raul Hüseynov bəstəkar Fikrət Əmirovun əsərlərindən olan “Gülərəm, gülsən” mahnısı ilə qalib olub. O, rəqiblərinin kifayət qədər güclü olduğunu, lakin qələbə qazanmaqda çətinlik çəkmədiyini deyib. Raul üç ildir musiqi ilə məşğul olduğunu və ilk dəfə birinci yeri tutduğunu qeyd edib. R.Hüseynov gələcəkdə bu istiqamətdə fəaliyyətinə davam etməyi və Azərbaycanı beynəlxalq arenalarda təmsil etməyi düşünür.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı inklüzivlik prinsiplərinə əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edir. Festival çərçivəsində qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edib və qalib olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış əlçatan mühit onların istedadlarını sərbəst nümayiş etdirməsinə imkan verib. Festival mədəniyyət sahəsində bərabər imkanların və sosial inteqrasiyanın təşviqinə xidmət edir.

Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.

Leyla Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində Leyla Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində

Oxşarxəbərlər

Sudan lideri İlham Əliyevə məktub ÜNVANLADI
Manşet

Sudan lideri İlham Əliyevə məktub ÜNVANLADI

11/03/2026 11:42
59
Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi…
Manşet

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi…

10/03/2026 22:23
63
Prezident İlham Əliyevə zəng ETDİ:Razılıq əldə olunub
Manşet

Prezident İlham Əliyevə zəng ETDİ:Razılıq əldə olunub

10/03/2026 20:39
66
Prezident daha bir qanunu TƏSDİQLƏDİ
Manşet

Prezident daha bir qanunu TƏSDİQLƏDİ

10/03/2026 16:07
59
İlham Əliyev fərman İMZALADI
Manşet

İlham Əliyev fərman İMZALADI

10/03/2026 12:45
65
Prezident Sərəncam İMZALADI
Manşet

Prezident Sərəncam İMZALADI

10/03/2026 12:37
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı – Qərar

Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı – Qərar

11/03/2026 13:18
64
SENSASİYA: İsrailin bu addımı Türkiyə və Azərbaycana təhdid yaradacaq

SENSASİYA: İsrailin bu addımı Türkiyə və Azərbaycana təhdid yaradacaq

11/03/2026 13:11
57
Çinarə Fətəliyeva direktor TƏYİN EDİLDİ

Çinarə Fətəliyeva direktor TƏYİN EDİLDİ

11/03/2026 12:52
55
Pəhləvi İran xalqını XƏBƏRDAR ETDİ: “Evdən çıxmayın…”

Pəhləvi İran xalqını XƏBƏRDAR ETDİ: “Evdən çıxmayın…”

11/03/2026 12:45
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
66

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
79

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.