Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatını dəstəkləyən Orta Asiya ölkəsinin vətəndaşı saxlanılıb
Gündəm24.az xəbər verir ki,Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Şimali Qafqazın Adıgey Respublikasında məktəbi hədəf alan terror aktının qarşısını alıb. TASS-a açıqlamada bildirilib ki, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatını dəstəkləyən Orta Asiya ölkəsinin vətəndaşı saxlanılıb.
FSB-nin məlumatına görə, şübhəlinin məktəb binası yaxınlığında park edilmiş avtomobilindən 10 ədəd evdə hazırlanmış Molotov kokteyli, iki taktiki bıçaq və terror təşkilatına aid bayraq aşkarlanaraq müsadirə edilib.
Araşdırma zamanı hücumun xaricdən Telegram vasitəsilə əlaqələndirildiyi məlum olub. Saxlanılan şəxsə məktəbdə Milad ağacını yandırmaq tapşırığının verildiyi, daha sonra isə şəhəri tərk etməsinin planlaşdırıldığı bildirilib. Faktla bağlı cinayət işi açılıb.
Sədaqət Həsənova













