Meksika Prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransını yarımçıq dayandırmalı olub. Buna səbəb ölkənin Qerrero ştatında 6,5 bal gücündə zəlzələnin baş verməsi olub.
Gündəm24.az “Associated Press”ə istinadən xəbər verir ki, canlı yayımlanan mətbuat konfransı zamanı həyəcan siqnalları işə düşüb və prezident çıxışı yarımçıq dayandıraraq jurnalistləri də zaldan çıxmağa dəvət edib.
Sonradan konfransı davam etdirən Şeynbaum zəlzələ nəticəsində dağıntı və itkilərin olmadığını bildirib.














